26 Ağustos 2017 Cumartesi

Türklərdə Milli Şüur Problemi

  Mənbə: Əhməd Ağaoğlu- İran və inqilabı
  Deyilə bilər ki, Abbasilər zamanından bəri İran fasiləsiz türklər tərəfindən idarə olunmuşdur. Samanilər, səlcuqlar, xarəzmşahlar, teymurilər, ağqoyunlular, səfəvilər, əfşarlar, qacarlar, hamısı türklərdir. İranı min ildən bəri idarə edən, ona böəzən cahanşümul bir qiymət verdirən türklərdir. Hətta bu gün də İranın dövlət adamları, komandirləri, ordusu əksəriyyətlə türklərdir.
  Fəqət nə çarə ki, türklər başqa yerlərdə göstərdikləri zəifliyi burada da göstərmişlər. Felən və maddətən hakim olduqları halda mənəvi hakimiyyətlərini qurmaqda qüsur göstərmişlər. Hökümət, ordu, ticarət, ziraət və ədəbiyyat əllərindəykən şəxsiyyətlərinin ən canlı və ən davamlı amili olan dillərini qəbul etdirməmişlər və sahibi olduqları dövlətə türk dövləti dedirtməyə önəm verməmişlər. Bu surətdə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir.
  Doğrudur, bunlar türkcəni tamam buraxmamışlar, öz aralarında, sarayda və türk kütlələri içində türkcəni yaşatmışlar. Fəqət rəsmi dil fars olduğundan və bu dil məktəblərdə, idarələrdə, yazışma və danışıqlarda ümumiləşdiyindən dövlət felən türk olduğu halda, mənən yabançı qalmışdır. Türk əleyhdarlığı güdən milli axınlara bu surətlə əlverişli kanallar buraxılmışdır.
 Sırası gəlmişkən onu da qeyd edək ki, İrana mədəniyyət tarixində mövqe verən, fikir və ədəbi cərəyanların ahmısı türk hakimiyyətləri zamanlarında vücuda gəlmişdir. Ondan əvvəlki dövrlərdə İranın vermiş olduğu yeganə əsər Zərdüştün " Zənd Avesta"sı ilə pəhləvi dilindəki ikinci dərəcəli dini mahiyyətdəki yazılardır. İranın hələ də yaşayan ilk böyük şairləri, məsələn, Rudəki, Unsuri, Usəndi, Firdovsi, Sədilər, Hafizlər və s. hamısı türklər zamanına təsadüf edir.
  Şərqin bütün tarixi isbat edir ki, əgər türk sülalələrində milli şüur olsa idi, bütün bu cərəuanlar türkcə olacaqdı və bu surətlə türk kültürü milliləşərək bütün Şərqə hakim olacaqdı. Əlişir Nəvayinin əsəri isbat edir ki, türk dili belə bir kültürü daşımaq və bəsləmək qabiliyyətinə malikdir. Fəqət, nə çarə ki, bu şüur olmamışdır.
 SƏFƏVİLƏR: Şiəlik və şiə məzhəbinin əsas və dövlət dini olaraq tanınması Şah İsmayılın adı ilə başlar. Vaqiən şiəlik Şah İsmayıldan əvvəl də mövcuddu və ta islamiyyətin ilk zamanlarında başlamışdı. Hələ Ömər zamanında islamiyyətlə zərdüştlük ilk təmasa girdiyi gündən etibarən ələvilik, zərdüştlüyün islamiyyətə qarşı apardığı əksül-əməlin bir ifadəsi oldu. Daha o zamanlar Zərdüştün "Hüquqi ilahiyyə" nəzəriyyəsi ilə Məhəmmədin "İcmayi-ümmət" nəzəriyyəsi və İran peyğəmbərinin " Bəşəri iradənin sərbəstliyi" haqqında duyğuları və eynilə Zərdüştün bəşəri allahlıq vəsfinə iştirak etdirilməsinə müqabil Məhəmmədin allahlıq vəsfi ilə bəşər arasına keçilməz ayrılıqlar qoyması kimi bir-birinə tamamən zidd olan zehniyyətlər arasında dərin çarpışmalar meydana gəlmiş və bu çarpışmaların məhsulu olaraq şiəliyin teoloji cəbhəsi qurulmuşdur. Onun siyasi cəbhəsinə gəlincə, son İran şahı II Yezdəgərdin qızı Şəhrəbanu ilə Əlinin oğlu Hüseynin evlənməsindən doğulan Zeynalabdinin hüquqi-ilahiyyətçi olan İranlıların nəzərində bir tərəfdən sasani sülaləsinin, digər tərəfdən də Məhəmmədlə Əlinin doğrudan doğruya varisi, "fasiləsiz xəlifəsi" olması çox təbii idi. Bu xilafətin intixab təhriki ilə deyil, oğlan övladdan miras yolu ilə keçməsi hökmdarlıq haqqındakı əski İran nəzəriyyəsinə çox uyğundu.
  Bundan başqa, qədim Zərdüşt ənənəsində Zərdüştün oğlu bəzi əlamətlər müəyyənləşəndən sonra zühur edərək, "behdinləri" qurtarmayacaqdımı?  Bu dəfədə bu rolu imam Zeynalabdinin övladından XII İmam Mehdi oynamazmı? Bu surətlə Səfəvilər zühur etmədən çox əvvəl nəzəriyyə qurulmuş və ələvilik islam aləminin hər tərəfinə sirayət edərək müxtəlif şəkillər almışdır.
   Fəqət Misirdə ələviliyin ismailiyyə tərzini qəbul edən Fatimilər dövrü istisna edilərsə, islam aləminin heç bir tərəfində şiəlikin isna aşari şəkli meydanda olan bir məzhəb kimi qəbul edilməmişdir.
  Bununla belə, iranlılığı təmsil edən bu cərəyan İranın gizli və sıx nöqtələrində canlı bir halda yaşamışdır. Bu nöqtələrdən biridə Bakı dənizinin cənub sahillərindəki Gilanla Mazandaran idi. Keçilməsi çox çətin olan yüksək dağlar və sıx, qaranlıq ormanlarla qapalı olan bu iki əyalət iranlılığın daima sığınacaq yeri idi. Nə yunanlar nə ərəblər nə türklər bu vilayətin içinə daxil ola bilmədilər. Sünni hökmdarların təqibindən qaçan şiəlikdə buraya sığınmışdı. Necə ki, eyni cərəyanın iki yeni şəkli olan babilik və bu günkü fars millətçiliyi də əsasən burada cana gəlmişdir.
 Şiəlik cərəyanının Gilan və Mazandarandan keçərək bu vilayətlərin yanında olan Ərdəbilə sirayət etməsi də çox təbiidir.
 Ələvilər imam Rzanın kiçik nəvəsi Mehdinin zühuruna intizar etmirlərmi? iştə, Şah İsmayık özü tam bir Mehdidir. İranın fars əhalisinin nəzərində bu nə qədər qiymətli bir alətdir. Yuxarıda gördük ki, Şah İsmayılın cəddi Şeyx Səfiəddin Gilan və Mazandaran şeyxləri ilə əlaqədə olmuş və şah İsmayıl düşmənlərindən qaçarkən Gilana sığınmışdı. Rövzətüs-Səfa sahibi deyir ki, qəribədir ki, peyğəmbərlik günəşinin çıxışından vilayət ayının tüluuna qədər bütün İran əhli sünnü idi və haqq olan şiə məzhəbi gizli idi. İndi bu məzhəb aşkar oldu, tamamən meydana çıxdı. 
  Bu surətlə Şah İsmayıl və onu təqib edən Səfəvilər özlərinə qədər inşa materialları dağınıq olan, saxlanmaq məcburiyyətində qalan bir məzhəbi qurmağa, müntəzəm və ahəngdar bir sistem halında meydana çıxarmağa, şərq və bilxassə türk tarixi üzərinə dərin və fəlakətli təsirlər  icra etməyə müvəffəq oldular.
  Fəqət eyni zamanda bu ailə eyni əməlilə İranın fikri və hissi qaynağını qurutdu. Zira bundan sonra artıq bütün fikri və hissi qüdrətlər bu məzhəbi doğrulamağa, onun əsaslarını və nəzəri qismini qüvvətləndirməyə həsr edilmişdi.
  Min bir dərədən su gətirilərək, min bir incəliklərlə ayələrin, hədis və rəvayətlərin kəlmələrinə və hətta hərflərinə və nöqtələrinə min bir mənalar verilərək, çevirmələr yapılaraq ixtilafların Əli lehinə olmaq üzrə hal və fəslinə çalışılacaqdı. İran artıq şer və fəlsəfə fəaliyyətini tərk etmişdir. Səfəvilər zamanından bəri İran artıq əski şairlər və mütəfəkkirlərə yaxınlaşan deyil, hətta zikrə şayan olacaq bir tək şair və mütəfəkkir yetişdirə bilmir. O zamandan bəri çıxardığı ən namdar şair Maanidir ki, bütün məharəti kəlmələri yan yana gətirməkdən ibarətdir. Yalnız din sahəsində və Kərbəla müsibətini tərənnüm edən növhə və minacat sahəsində bəzi zikrə şayan, məsələn, Kaşanlı kimi növhəçilər yetişmişdir. 

18 Ağustos 2017 Cuma

Panərəbizm və Türklər

Bir hədisdə Türklərlə əlaqə qurmayın, əgər sizi sevərlərsə sizi yeyərlər, yox sevməzlərsə sizi gəbərdərlər. Hədis nə dərəcədə səhihdir bilmirik, amma bu tip hədislər ərəb millətçiliyinin qaynağı olmuşdur. Türklər həqiqətəndə istər Abbasilər xilafətində yüksək vəzifələrə gətirildikdən sonra, istərsə də Misirdə kölə kimi silahlı qüvvələri təşkil edəndən sonra yavaş yavaş hakimiyyəti əllərinə almışdılar.
 1957 ilində bir Suriyalı dövlət adamının; "Əgər monqollar XIII 
yüz İldə Bağdad kitabxanasını yandırmamış olsalardı, biz Ərəblər, elm və 
fəndə elə irəliləmiş olacaqdık ki, indiyə qədər çoxdan atom bom-
basını icad etmiş olacaqdıq. Bağdadın yağma və talan edilməsi bizi 
yüz il geri atmışdır" dediyini nəql edən bir yazar, bu görüşünə Türkləri də aid etmişir.

Qahirədə 1957 ildə toplanan bir elm qurultayında bəzi Ərəb elm

adamları və örnəyin Şeyh Muhammed al-Banna adındakı bir şəriətçi,

Kur'cın'in K. 41 Fussilət Surəsinin 53. ayətiylə, K. 55 Rahman Su-
rəsinin 33. ayətindəki hökümlərə dayanaraq bu hökümlərdə hidrogen
bombasının və planetlər arası uyduların sirrinin olduğu və əgər
Türklər gəlib də Ərəb ölkələrini istila etməmiş olsalardı Ərəblərin,
Ruslardan və Amerikalılardan öncə kosmosa adam göndərmə imkanını
əldə etmiş ola biləcəylərini irəli sürmüşdür.

Türkləri barbar olaraq təsvir edən Muhammed Abduh,

"Bu barbarların təsiri altındadır ki, İslamın intelektual tərəfi 

solmuş və pozulmuştur, çünki, bu barbarlar, İslamı sadəcə paltar kimi

əyinlərinə keçirmişlərdir, ancaq İslamın heç bir zərrəsi onların ruhuna
nüfuz etməmişdir" demişdir.

Ərəbin Osmanlı dövlətinə qarşı ayağlanmasında və Türk bo-

yunduruğundan qurtulmasında ən böyük rolu  Vah-

habîler oynamışdır. Vahhabî təsiri 19-cu yüz ilin başlarında ilk nəticələrini verməyə başlamışdı. Daha III Səlim  dönəmində, 1805

ilin də Əmir Muhamməd əl-Suûd, Məkkəni fəth etmiş və ilk iş olaraq 
camilərdə xutbələrin Padişah III. Səlim adına oxudulmasını dayandıraraq
öz adına oxutmağa başlamışdır. O tarixlərdə Bağdadda olan
Fransız Konsulu Jean Raymond, bu hadisə səbəbi ilə bu sətirləri yazar:
"... keçən gün bir Vahhabî tərəfdarı, peyğəmbər ədasıyla mənə bunları
söylədi: Xəlifəlik qoltuğuna bir ərəbin çıxdığını görəcəyimiz gün
yaxınlaşmaqdadır; xilafəti qəsb edənlərin (yəni Türklərin) boyunduruğu
altında yaşamağa lazımından artiq qatlandıq.
Qəribədir ki, xəlifəliyin ərəbdən qeyri xalqlara aid olmayacağı
düşüncəsini sadəcə ərəblər və xüsusilə Vahhabîlər deyil,
Abdülhamidin ilk taxta çıxışı tarixlərində İstanbulun başlıca ca-
milərinin baş imamları belə müdafiə etmişdilər və bu mövzuda görüş və fikir
birliyinə varmışlardı. Və şəriət qaynağlarında xəlifənin ərəb olması
Vacibliyini göstərən əsasları xalqa yaymışdılar.
Abdülhamid öz mənafeyinə uyğun olmadığı üçün 1890 ilində bu cür
yayınların ortadan qaldırılmasına qərar vermişdir.

Ərəbin TürkƏ qarşı bəslədyii nifrət 19. yüz illiyin ortalarında getdikcə artan bir şiddətlə gəlişməyə başlar. 1853 ilə 1858 illəri

arasında Fələstindəki İngilis konsulu James Finnin xatirələrindən bu

nifrətin dərəcəsini anlamaq mümkündür: "Ərəblər, Türklərdən dik-

sinir və nifrət edirlər. Bu nifrətin kökləri çox qədimlərə, Ərəbistan'ın Türk hegemonluğu altına girməsi tarixlərinə enməkdədir.
Düşmənlıklərinin və qısqanclıqlarının səbəbi özlərindən olmayan
bir irqin boyunduruğu altında olmalarını xatırlamalarıdır.
Ərəbə görə, ərəb irqindən birisinə aid olması vacib olan xəlifəlik
məqamının, Orta Asiyadan enmiş bir irqə, yəni Türklərə keçməsi dözüləcək bir şey deyildir. Ərəb, yüz illər boyunca sırf zor
altında Türk padişahına xəlifə olaraq boyun əymiş və milliyətçilik düşüncəsinin canlanması sonucu olaraq Türk xəlifəsinə qarşı üsyan yol-
larını axtarmışdılar. Türkü oğru, soyğuncu və xain kimi təsvir edərkən və Türk padişahına xan deyiminden lağ olaraq xana de-
yimini yaraşdırmışdı. (xana deyimi, ərəbcədə xəyanət edən, aldadan
anlamına gəlməktədir), Türkü xilafət məqamını oğurlayan irq
olarak tanıtmışdır. 

  Əli Seyid Əmir öz "Spiril of İslam" adlı kitabında belə yazır:
 İslama sonradan girmiş olan fars, türk, bərbərlərin özlərinə məxsus adətləri olması səbəbilə
islamda ağıla üstünlük vermək yasaqlanmış və dövlət anlayışı zərər görmüşdür. Çünki, farslar tarixləri boyunca uhrəvilik düşüncəsini hökmdarın şəxsiyyəti ilə qarışdırmışlar, moğollar, bərbərlər və türklər isə öz idarəçilərini Tanrıdan gəlmə olaraq görmüşlər. İslama girməklə bu adətlərindən qurtula bilməmişlər və öz hökmdarlarına Tanrıya tapar kimi tapmışlar. Yüz illər boyunca ərəbər onları bu alışqanlığdan xilas edə bilməmişdilər. Başqa misirli yazıçı Taha Huseyn türk işğallarına görə Tanrını günahlandırmaqda; "Əgər Allah bizi türk işğallarından qorumuş olsaydı, biz indi çox inkişaf etmiş olacaqdıq"
 Liitfi əl Həffaf Şamda nəşr etdirdiyi "Muhakkirat" adlı kitabında ərəblərin türklərlə əlaqə qurduqdan sonra hər cür inkişafdan qaldığı fikrini müdafiə edir.
  Ərəb dunyasının XX əsr miliyyətçi yazarlarından biri Raşid Rza öz kitabında xəlifəliyin türklərin əlinə keçməsi ilə islam və onun yaradıcısı olan ərəblərin geriləməyə başladığları və türklər qədər islama zərər vuran bir başqa xalq olmadığını göstərir.
 Öz geridə qalmışlığlarının səbəbini Türkə yükləyən və islamın türklər üzündən pozulduğunu söyləyən ərəb son 150 ildə bu gerilikdən qurtulmanın iki yolu olduğuna inanmışdır: İslamın özünə dönmək və ya Qərbə dönmək.
 İslamın özünə dönməklə ərəb uyğarlığının canlanmış olacağı görüşünün ilk müdafiəçiləri Vəhabilər və Əfqani tərədarları olmuşdur.
  Qərb uyğarlığının islam sayəsində mövcud olduğunu və Qərbə yönəlməklə islamın özünə dönmüş olacağını ilk müdafiə edənlər arasında  misirli Rifa Rafi ( əl- Tavabi) gəlir.
  XIX əsrin başlanğıcında Vəhabilər tərəfindən türkə qarşı istifadə edilən dinsizlik, islama yabançılıq silahı XX əsrdə daha güclü bir şəkildə ələ alınmışdır. 1917 cil il tarixində Misirdə yayınlanan əl Mokattani qəzetində bunlar yazılır: Biz möminlər, onları (Türk hökümətini) imansız tanıyırıq. Bunu qeyd edək ki, Yəmən və Suriyadakı valilər (türk paşaları) nə ibadət edərlər, nə oruc tutarlar, nə hacc ziyarətini yerinə yetirərlər və nə də zəkat verirlər, onlar Ramazan ayı boyunca şərab içərlər.
  Tənzimat fərmanlarında xristiyanlarla bağlı yer alan maddələri kafirlərə imtiyaz şəklində yozmuşlar və xristiyan əhaliyə bu şəkidə güzəştə gedən Osmanlı dövlətini və xəlifəni şəriətə tərs iş görməkdə günahlandırmışdılar. Artıq ərəb ölkələri kafir xəlifəyə itaət etmək kimi bir öhdəliklərinin olmadığlarını bəyan etmişdilər və üsyan qaldırmışdılar. 1856-cı ildə Nablus və 1860-cı ildə Şamda üsyanlar buna nümunədir.
  Suriya valisi Camal paşanın vaxtilə bir konqresdə qadın və kişiləri bir salona toplaması, bu toplantıda qadınların söz alması ərəblərin üsyan qaldırmasına yetərli bir səbəb olmuşdur. Ürdün kralı Hüseyn türkəri dinsizlikdə günahlandırmışdır.
  Liberiyalı bir yazar, Eduard V. Bluden, "Christianity, İslam and the Negro Race" adlı kitabında türklərin islamı savaşçı qılığına soxduğu tezini işləyir, islamın müxtəlif şəkildə yerinə yetirilməsinin inanc fərqindən deyil, irqi ayrılıqlardan doğduğunu və əslində savaş dini olmadığı halda savaşçı bir irq olan türklərin əlinə keçməklə barışçı xüsusiyyətlərini itirdiyini söyləyir.
 Napalyon 1798-ci ildə Misiri işğal edərkən ərəblərin türkə olan nifrətlərindən istifadə etmişdir. Öz əsgərləri qarşısında belə çıxış etmişdir: "İşğalın sonunda aralarına qarışacağımız xalq müsəlmanlardır. Onların imanlarının ilk əsasları bunlardır: Allahdan başqa Allah yoxdur və Məhəmməd onun rəsuludur. Onların bu inancına qarşı çıxmayın. İmamlarına və müftülərinə qarşı sayğılı davranın. Burada rastlaşacağımız adətlər Avropadakından çox fərqlidir. Bunları unutmayın. Həmçinin çıxışında müsəlmanların qadın anlayışına toxunur və müsəlmanların qısqanclığını əsgərlərinə anlatır.
  1214-ci ilin rəbiüləvvəl ayında Napalyon din adamlarına və xalqa xitabən belə çıxış edir: Sizlərə müsəlman olduğumu və Məhəmməd peyğəmbərə inanmaqla şərəf duyduğumu və müsəlmanları sevdiyimi hər zaman söyləmişəm və təkrarlamışam. Bu dəqiqdir ki, xristiyanlardan nifrət edirəm, onların dinlərini yox etdim, ibadət yerlərini yıxdım, rahiblərini öldürdüm, bütlərini yıxdım və imanlarını rədd etdim."
 Xalq artıq Napalyona Mehdi gözüylə baxmaqdaydı. Ruslarla savaşmasıda ona əlavə prestij gətirmişdi.
 Əslində Napalyon din deyə heç bir şeyə inanmazdı.Bunun üçün onun başqa çıxışına nəzər salaq:" Mənə papalıq tərəfdarı olduğumu söyləyəcəklər. Xeyr, mən heç bir dinə inanmıram. Misirdə olarkən müsəlman idim, burada katolik ola bilərəm- sırf xalqın yanında olmaq üçün.
  Yekun olaraq qeyd edək ki, əsarət altına alınan və əsarət altina alan xalqlar həmişə bir birləri əleyhinə xoş olmayan ifadələr söyləmişlər. Hətta islamın bütün müsəlmanlar qardaşdır devizi də buna əngəl olmamışdır. Millətçi dairələr hər xalqın içində olmuşdur. Ona görə bütün insanlığı birləşdirən ideologiyalar ətrafında toplaşmaq lazımdır.

12 Ağustos 2017 Cumartesi

Səyahətnamələrdə Ruslar ( X əsr)

  İbn Fazlan belə yazır: Ticarət üçün İdil çayı sahilindəki bazara gələn rusları gördüm. Onlardan daha boylu postlu insanlar görməmişdim. Hər biri xurma ağacı kimi uca, sarışın və gürbüz insanlar. Dırnaqlarının ucundan boyunlarına qədər  bütün bədənləri yaşıl döymələrlə və digər şəkillərlə doludur.
   Hər gün bir dəfə üzlərini və başlarını ən mundar su ilə yuyurlar. Belə ki, hər sabah bir cariyə qız böyük bir qabda su gətirir. Bunu sahibinin önünə qoyar. Sahibi bu qabın içində əlini, üzünü yuyra və saçlarını darayar. Sonra suya sümüyünü və tüpürcəyini atar. Xülasə, suyun içinə atmadığı pislik qalmaz. İşi bitəndən sonra cariyə su qabını alıb yanındakılara ötürür. Bu adam da əvvəlkin təkrarlar. Cariyə bu formada qabı birinin önündən alıb digərinə qoyur.
  Rusların böyüklərindən biri öldü. Onu yandırdılar. Yanımda ruslardan biri vardı. Tərcüməçiyə bir şeylər söylədiyini eşitdim. Tərcüməçidən nə dediyini soruşdum. Tərcüməçi "siz ərəblər axmaqsız" deyir. Nə üçün? dedim. Rus, "siz ən çox sevdiyiniz adamı torpağa verirsiz, onu torpaq, həşərat və qurdlar yeyir. Biz isə belə kimsəni yandırırıq. Həmin an cənnətə girir." dedi. Sonra qəh-qəhə ilə gülməyə başladı. Niyə güldüyünü soruşdum. Cavabında, " Rəbbi onu çox sevdiyindən, anında yanına almaq üçün külək göndərdi." dedi.
  Mərvəzi ruslar haqqında belə məlumat verir: 
Ruslar dəniz ortasında, genişliyi və uzunluğu  üç günlük yol olan bir otaqda otururlar. Rusların sayı çoxdur. Həyatlarını və keçimlərini qılıncla təmin edərlər. Onlardan qızları və oğulları olan bir adam ölsə malını qızlarına verirlər. Oğullarını qılınclarıyla baş başa buraxarlar. " Babanız malın qılıncla qazanırdı. Ona uyun, ona layiq olun" deyirlər. Hicri 300-cü ildə illərdə xristiyan olana qədər onların yaşayış tərzləri bu şəkildəydi. Xristiyanlığı qəbul etdikdən sonra, dinləri onların qılıncın qınlarına soxdu. Qazancları kəsildi. Zərərə uğradılar. Həyatları çətinləşdi. Bunun üzərinə müharibənin mübah olmasından dolayı islama girib vəziyyətlərini düzəltmək istədilər. Hökmdarlarının yaxın adamlarından dörd nəfəri elçi sifətiylə Xarəzmə göndərdilər. Onların müstəqil və Vladimir ünvanını daşıyan bir hökmdarları var. Necə ki, Türk hökmdarı Xaqan, Bulqar hökmdarı da Biltivar adlanır. Elçilər Xarəzmə gəlib vəziyyəti anlatdılar. Xarəzmşah çox sevindi. Onlara islamı öyrədəcək adamlar göndərdi. Onlar da müsəlman oldular. Ruslar qüvvətli kimsələrdir. Müharibə etmək üçün çox uzaq yerlərə piyada gedirlər. Xəzər dənizinə səfər edərək bir müddət Bərdəni itaətdə saxladılar. Onların qəhrəmanlığı məşhurdur. Hətta onlardan bir kişi digər millətlərdən bir neçə kişiyə bərabərdir. Əgər at bəsləyib süvari olsalar insanların başlarına bəla kəsilərlər. 

10 Ağustos 2017 Perşembe

İbn Fadlan Səyahətnaməsində Türklər

 İbn Fadlan islamı öyrətmək məqsədilə Bulqar hökmdarının dəvətilə türk ölkələrinə yola düşür. Türklərin ölkəsinə Dərbənd səddindən keçib gedir.(X əsr)
Bir gün çox şiddətli soyuğa yaxalandıq. Bu arada Tegin mənimlə gedir, yanında olan bir türk onunla danışırdı. Birdən Tegin güldü və mənə "bu türk Rəbbimiz bizdən nə istəyir. Bizi soyuqdan öldürəcək. Ah, nə istədiyini bilsək də, yerinə yetirsək " deyir. Mən Teginə ona de ki, Allah sizdən "lə iləhə iləllah" demənizi istər, dedim. Türk buna güldü, "bilsək söylərdik"..dedi.
  Oğuzlar: Bu dağdan keçdikdən sonra oğuzlar deyə bilinən bir turk qəbiləsinin yaşadığı yerə çatdıq. Onlar qıl çadırlarda oturan köçərilərdi. Çox çətin şərtlər altında yaşayırdılar. Bunlar yolunu itirmiş eşşəklər kimidirlər. Bir dinə inanmazlar, işlərində ağıllarına baş vururlar. Heç bir şeyə ibadət etməzlər. Əksinə böyüklərinə Rəbb deyərlər. Aralarındakı işi məşvərətlə həll edərlər. Bununla bərabər bir şeydə ittifaq edib onu etməyə qərar verərlərsə, içlərindən ən aşağı vən hörmətsiz biri gəlib ittifaqlarını poza bilər. Allaha inandığları üçün deyil, sırf yurdlarından keçən müsəlmanlara xoş olsun deyə aralarında "Lə iləhə iləllah " deyənləri gördüm. İçlərindən biri zülmə məruz qalarsa və ya sevmədiyi bir şey görərsə başını səmaya qaldırıb " Bir Tanrı" çağırar. Kiçik və böyük ayaqyolundan sonra təmizlənməzlər. Cənabətdən və digər xüsuslardan dolayı təmizlənməzlər. Qadınları yerli və yad kişilərdən qaçmazlar. Qadın vücudunun heç bir yerini kişilərdən gizlətməz.
  Bir gün bir adamın evinə qonaq olduq. Adam arvadıyla bərabər oturduq. Qadın bizimlə söhbət edərkən bir anlıq gözümüzün önündə övrət yerini açıb qaşımağa başladı. Biz utandığımızdan üzümüzü örtüb "Əstəfurullah" dedik. Qadının əri güldü. Tərcüməçiyə " Onlara de: bu qadın onu sizin hüzurunuzda açır. Siz onu görür və qoruyursuz. Sizdən ona heç bir zərər gəlmir. Bu hərəkət qadının onu örtüb də başqalarına müsaidə etməsindən daha yaxşıdır" dedi.
  Zina deyə bir şey bilməzlər. Belə bir günah işləyən birini yaxalarlarsa onu iki yerə parçalarlar. Belə ki, həmin adamı iki ağacın buaqlarını bir yerə yaxınlaşdıraraq bağlıyarlar. Sonra bu budaqları buraxarlar. Budaqlar əvvəlki vəziyyətlərinə qayıdanda həmin adam parçalanmış olur.
  İçlərindən biri mənə "quran oxu" dedi. Oxuyunca xoşuna getdi. Tərcüməçiyə dönərək "ona susmamasını söylə" dedi. Bir gün bu adam tərcüməçi vasitəsiylə mənə, "bu ərəbə sor. Rəbbimizin arvadı varmı?" dedi. Mən isə onun bu sözünün böyük günah olduğunu söyləyib tövbə və istiğfar etdim. O da, mənim kimi tövbə etdi və "əstəğfurullah" dedi. Türklər də adət belədir. Bir müsəlmanın təsbih və tövbə etdiyini eşidərlərsə onun söylədiyini təkrar edərlər.
  Bir adam ölsə, arvadı və uşaqları qalarsa, öz anası olmamaq şərtilə, böyük oğul atasının dul arvadıyla evlənir.
 Tacirlər və digər yad ölkələrdən gələnlər onların yanında cünüblükdən yuyunmazlar. Sadəcə, gecə vaxtı, onların gözünə görünmədən yuyuna bilərlər. Onlar yuyunan birini görsələr qəzəblənərlər, bu adam bizə sehir etmək istəyir" deyib ondan bu hərəkətinə qarşılıq təzminat alarlar.
  Türklər heyvanları kəsməzlər,qoyunların başlarına vuraraq öldürərlər.
 Qonaqları olan bir muselman yola dözümü olmayan heyvanları türkün yanında qoyur. Ondan yola davamı olan heyvanlar alar. Geri qayıdarkən türkün heyvanlarını qaytarır.
    Oğlancılıq onlar arasında böyük günahdır.
Oğuzlardan biri xəstələnincə ev xalqından başqa kimsə onlara yaxınlaşmaz. Xəstə kasıb birisə onu səhraya atıb gedərlər.
 Bütün türklər bığların uzadıb, saqqaların kəsərlər.
  Onların adətinə görə bir adam alt paltarını parça parça olub tökülmədikcə çıxarmaz.
Peçeneqlər: Bundan sonra peçeneqlərin ölkəsinə çatdıq. Çox qaradırlar. Axmayan bir gölün kənarında yaşayırlar. Hamısı saqqaların taraş edib. Oğuzların əksinə, çox kasıb adamlardır. Oğuzlardan 15 min, 100 min baş qoyunu olan gördüm.
  Başqırdlar: Başqırdlardan çox qorxurduq. Çünki türklərin ən zərərliləri və insan öldürməyə ən düşkün olanlarıdır. Onlar saqqalarını təraş edər, bitləri yeyərlər. Paltarlarının tikiş yerlərini axtarıb tapdıqları bitləri yeyərlər. Yanımızda onlardan bizə xidmət edən müsəlman olan biri vardı. Bir gün onu gördüm, paltarlarından bir bit aldı. Dırnaqları ilə onu əzdikdən sonra onu yaladı. Mənim ona baxdığımı görüncə "çox dadli" dedi.
 Hər biri bir ağac parçanı zəkər (cinsi orqan) şəklində yonub üzərinə asar. Bir yolçuluğa çıxsalar və ya bir düşmənlə qarşılaşacaq olsalar onu öpər və önündə səcdə edərlər. " Ey Rəbbim mənim üçün bunu belə yap" deyərlər. Tərcüməçiyə içlərindən birindən soruş. Bunun üçün dəlilləri nədir? Nə üçün tənasül üzvünü  yaradan bilirlər? dedim. Soruşduğum adam cavab verdi ki, " çünki, mən onun bənzərindən çıxdım. Ondan başqa məni yaradan bir şey tanımıram." dedi.
 Aralarında bəziləri, 12 dənə ilahları olduğunu, qışın, yazın, yağmurun, küləyin və s. ayrı ayrı ilahları olduğunu yazarlar. Göydə olan Allah isə hamısının ən böyüküdür. Lakin o da digərləri ilə məsləhətləşərək hərəkət edər.
  İçlərində ilanlara, balıqlara tapanları gördük. Bir qismi durna quşuna tapırdı. Mənə anlatdığlarına görə durna quşuna tapanlar, bir gün düşmənlərindən bir qəbilə ilə hərb edərkən məğlub olmuşlar. Bu zaman düşmənlərinin arxasından durnalar bağırmağa başlamış, onlar da bundan dəhşətə düşüb qalib durumdaykən qaçıb məğlub olmuşlar. " Bunlar bizim ilahlarımızdır., etdikləri meydanda, düşmənlərimizi məğlub etdilər." demişlər. Durnalara ibadət etmələrinin səbəbi bu imiş.
  Bulqarlar: Onlar köpəklərin havlamasını uğurlu sayarlar. Belə bir şey eşidincə sevinərlər. O ilin bolluq, bərəkət və sülh ili olduğunu düşünərlər.
   Bulqar ölkəsində çoxlu ilan var. Hətta, ağacın bir budağına on və daha çox ilan dolanır. Bununla belə ilanı öldürməzlər.
 Buğda və arpanın bol olmasına rəğmən ən çox darı və at əti yeyərlər.
  Onların ölkəsində ən çox gördüyüm ildırımdı. Bir evə ildırım düşüncə ona yaxınlaşmıyıb, içində olan insan, əşya və digər şeylərlə öz hallarına buraxarlar. "Bu ev sakinləri Allahın qəzəbinə uğramış kimsələrdir " deyərlər.
  Qadınlar və kişilər bir yerdə çaya girərlər, çılpaq halda çimərlər. Bir birlərindən qaçmazlar. Amma zina etməzlər. Zina onlara görə ən böyük günahdır. Zina edənin boynundan aşağıya qədər balta ilə iki hissəyə ayırarlar. Qadin və kişini iki hissəyə böldükdən sonra hər parçasını bir ağaca asarlar.
  Qadınlar üzərkən kişilərdən qaçsınlar deyə çox çalışdımsa da bacarmadım
  Oğrunu da zina edən kimi öldürürlər.
  Bulqarlar arasında beş min qadın və kişidən ibarət Harancər deyə tanınan böyük bir ailə gördük. Hamısı müsəlman olmuş, namaz qılırdılar. Amma quran oxunmasını bilmirdilər. Bəzilərinə namaz qılacaq qədər quran öyrətdim.
 Mənim əlimlə Talut adında biri müsəlman oldu. Ona Abdullah adını verdim. Ona Fatihə, İxlas surələrini öyrətdim. Bu iki surəni öyrəndiyi üçün duyduğu sevinc, Bulqar hökmdarı olsa idi duyaçağı sevincdən çox idi.
  Ölünün arxasında qadınlar yox , kişilər ağlar. Belə ki, bir adam öldüyü gün kişilər gəlib ölənin qübbəli çadırının qapısında durarlar. Ən çirkin və ən vəhşi şəkildə bağıraraq ağlamağa başlarlar. Onların ağlaması bitdikdən sonra, əllərindən dəridən hazırlanmış qirmanclar olan kölələr gələrlər. Davamlı şəkildə ağlayıb, əllərindəki qırmancları yanlarına və çılpaq yerlərinə vururlar. Ölənin qapısına bir bayraq sancarlar. İki il matəm davam edər. İki ildən sonra çadırın qapısından bayrağı endirirlər, saçlarını kəsərlər. Ölünün qohumları bir ziyafət hazırlar. Bununla da, yasdan çıxdıqlarını elan edirlər. Dul qalan arvadı var isə bundan sonra evləndirilir. Bu şəkildəki cənazə mərasimləri rəislər üçün edilir. Xalq isə bunun ancaq bir hissəsini yerinə yetirir.
 

  

9 Ağustos 2017 Çarşamba

Sultan Səlimin Şah İsmayıla Məktubları

Mənbə: Haydar Çələbi- Ruznamə.
  Sultan Səlim Kılıc adlı bir casusla Tacızadənin ifadə və yazısı ilə olan bu məktubu İznikmiddən Şah İsmayıla göndərmişdir.
 Murad xan oğlu, Sultan Mehmet oğlu, Sultan Bəyazidin oğlu Səlim Şahdan Əmir İsmayıla.
 Sən zülmü zındığla, ilhad (haqq məzhəbdən dönmək) ilə birləşdirərək  Şərq ellərində pis işlər gördün. Şahlığı nəfsinin havasına alət etdin. Şəriət qaydalarını aşdın, haram olan namusları halal saymağ, qiymətli və möhtərəm kişilərin qanlarını tökmək, məscidləri, minbərləri yıxmaq, türbələri yandırmağ, alimlərə, seyyidlərə xəyanət etmək, qurani kərimi pisliklərə atmaq və Əbubəkr və Öməri söymək kimi hərəkətlərin hər tərəfdə danışılmaqdadır ki, bunlar sənin və sənə uyanların qətlini vacib edən küfr və dindən dönüşünə dəlil olan şeylərdir. Bu üzdən ağır və ipək əlbisə yerinə zırh və kaftan geyindin və ordu ilə səfər ayında dənizi keçdin.
   Məzlumlara yardım etmək və şəriəti qorumaq üçün  hərəkət etdim. Əgər tövbə edər əlindəki ölkəni Osmanlı ölkəindən hesab edərsən nə əla..Yox, belə hərəkət etməzsənsə təqdir (Allahın istəyi) pərdəsi arxasından nə zühur edərsə edər. (MART 1514)
  Üçüncü dəfə göndərilən məktub:
  İsmayıl Bahadır Allah şanını islah etsin. Əməl etməyin vacib olan bu örnək yazı sənə çatanda bilməlisən ki, İslamlıq və Hz. Məhəmmədin şəriət pərdəsini yırtmağa cəhd etdiyin xüsusunda yapdığların sənin zərərli olmandakı tiynətinin ( yaradılışının) son nöqtəsi və fitnə fəsad çevrəndir. Artıq bu durumları zəfər rüzgarının ox və xəncəri ilə qazmaq zamanı gəlmişdir. Bu xüsus bütün müsəlmanlara, xüsusilə də, sultanlara vacib olmuşdur. Uləma fətva vermişdir. Hz.Məhəmməd dinini sevənlər və şəriəti Əhmədiyyənin namusunu qorumaq üçün  saysız əsgərimlə sənin həddini bildirmək üçün Şərqə gəldiyimdə şahlıq baxımından sənin idarənin altındakı sahələrdə fəth bayraqlarımın səadət kölgələri altında səadətliyində ər isən meydana çıxarsan.
 Allahın bu xüsusdakı əmir, qədər və iradəsi nə isə meydana gəlsin, deyə buyurmuşdum. Bunda məqsədim ağlını başına alıb, bir neçə aylığ fürsətdən yararlanaraq hazırlanmış olmandır.
 " Qəfil tutuldum, mənə tabe olan xalqı toplamağa yetəri qədər zamanım olmadı" deyə bir sürü bəhanələr uydurmayasan.
  Uzun müddətdir əsgərlərinin çoxluğundan dünya zor nəfəs almağdadır. Çarpışmalardan, silah səslərindən havanın nəfəsi daralmışdır. Nal vuruşlarından yer dəmirlə qapanmış kimidir. Bütün bu sıralarda açıq və ya qapalı, xeyirli və xeyirsiz sənin tərəfindən ən kiçik hərəkət belə olmamışdır.
  Bu sırada muzəffər əsgərlərim Azərbaycandakı əsgərlərimin bayraqları ilə dağlar hilal ilə dolduğu halda  da hələ sənin ad və nişanın ortaya çıxmadı.
   Şah İsmayıldan Sultan Səlim Şaha.
   Üç məktubun gəldi. Cənnət məkan babanın zamanındakı yürüyuşümüz Zülqədirli Alauddövlənin küstahlığı üzündən idi. Yoxsa hər iki tərəfdən də dostluq və bərabərlikdən başqa bir şey görülmədi. O məmləkətlər xalqının çoxu əcdadımızın qiymətlisi idi.
  Sonra o xanədan ilə qədimdən bəri sevgimiz var idi.Teymurilər zamanında olduğu kimi bir qarğaşalıq olduğunu istəməzdik.
  Uyğunsuz sözlərə heç gərək yox. Bunların hamısı münşilərin fikirləri, icadları, uydurmalarıdır. Yazanların tiryək ilə qurumuş damağlarından çıxan sözlərdir. Buna görə möhürümüzlə möhürlənmiş qızıl bir kəməri Şah qulu ağa ilə göndərirəm.
  Bu məktubu yazdığım vaxt İsfahan tərəfdə ovda idik. Bu cavabı həmən dostca yazdığ və sizə qarşı durmaq üçün hazırlığlara başladıq. Artıq istədiyinizi edərsiniz.
   Əli övladları ilə savaşanlar özləri yox olub gedər. İş savaşla sonuclanacaq olursa onu gecikdirmək olmaz. Amma sonunu da düşünmək lazım.
   Sultan Səlimin dördüncü məktubu:
   İsmayıl Bahadır, Allah şanını islah etsin. Uyulması vacib olan, cahan dəyərindəki hökmü şərifim sənə çatanda bilmiş ol ki, səadət qağıma göndərdiyin məktubdan "tez gəl, biz də gözləməkdən qurtulaq" dediyini anladım. İndi də biz zatımızdakı və yaradılışımızdakı cürəti hərəkətə gətirib uzaq məsafədən sənin üzərinə saysız əsgərimlə və fəth ayətləri yazılan bayraqlarımla mərhələlər və mənzillər keçib sənin idarəndə olan məmləkətə girdik. Sultan vəsfli, böyüklərin, üstün məzhəb sahiblərinin, qədri yüksək padşahların, idarə etdikləri məmləkətlər nigahlı qarıları kimidir. Erkəklikdən hissəsi və comərtlikdən hissəsi və içində  bunlardan bir çəsarət payı olan kimsələrin bu əraziyə təcavüz etmələrinə təhəmmülü yoxdur.
  Hal belə ikən zəfərlər qazanan əsgərlərim nə vaxtdır sənin məmləkətinə girib kef sürürlər. Amma sənin vücudundan bir nişan yox. Necə saxlanırsan ki, varlığın və yoxluğun bilinmir.
 ( Farsca bir neçə misra qqyaraq əbədi həyatın mərdlikdə olduğunu ifadə etmiş)
  Göstərişli bir cəsarətə kimin ehtiyacı olduğuna bu hallar tamamən şahiddir.
  İndi olacaq budur ki, bu günə qədər səndən heç bir hərəkət olmamışdır. Bundan sənin cəsarət və qəhrəmanlığın anlaşılır. Etdiyinin tamamilə hiylə olduğuna şübhəm yoxdur. Bu göstərişli cürət ancaq ayıbını örtər, başqa şey olmaz. Sənin mübtəla olduğun dərdin davasını bilirsən. Öylə şeylər kullanmakla qəlb qüvvətlənirmiş.
  İndi sən çox təcrübə etdiyini təkrar kullan.ki, qarşı çıxmağa cəsarətin ola.Bilirsən ki, tərəfimizdən sənə çox yardım edilmişdir.
 Sənin qəlbindəki zaafı yenmək üçün əsgərimdən 40 minini ayırıb Qayseri ilə Sivas arasında qalmalarını əmr etdim.
  Düşmənə lütf bu qədər olur, bundan fazla olmaz. Əgər bundan sonra da köhnə qərarın kimi bir küncə çəkilib gizlənərsən  ərlik də sənə haramdır.
  Miğfər yerinə micər ( qadın baş örtüsü) zırh yerinə çadır ( çadra) geyinib, sərdarlıq və komandanlıq həvəsindən uzaqlaş. ( 920-1514 agustos)

7 Ağustos 2017 Pazartesi

Orta Şərqdə Köləlik

On sekizinci yüzyıl sonlarından itibaren, Afrikalı kölelerin ya-
kalanması, nakledilmeleri ve Orta Doğu ve Kuzey Afrika köle pazar-
larında satılmalarıyla ilgili çağdaş ve çoğu Avrupalı gözlemcilerin
yazdığı pek çok belge bulunmuştur.1 On dokuzuncu yüzyıl başla-
rında Darfur’a gitmiş olan bir Tunuslu gezgin, siyahilerin köle ola-
rak yetiştirildiği çiftliklerden söz etmiştir:
Şehirlerde yaşayan bazı zenginler civar kırsaldan ve dağlar-
dan getirdikleri siyahileri çiftliklerine yerleştirip çalıştırıyor, aynı
zamanda onları çiftleştirip doğan çocuklannı her yıl koyun satar
gibi köle tüccarlarına satıyorlardı. Bazı çiftliklerde beş altı yüz er-
kek ve kadın köle vardı ve köle tüccarlan her zaman gelerek
bunların içinde satılık olanları satın alırlardı.
1912’de Tripolitania’da Italyanlara karşı görev yapan bir Türk suba-
yı anılarında şöyle yazmıştır:
Büyük Senussi Sidi Ahmet Şerifin özel temsilcisi geliyor ve o-
nun hediyesi olarak iki zenci kadın köle, fildişi vb. getiriyor.
Tanrı’m bu siyahi kadınları ne yapacağım ben? O bana ayrıca
kutsadığı kendi silahını da gönderiyor.6
Bu subay Enver Bey’di ve daha sonra İstanbul’daki genç Türk
hükümetinin Savunma Bakanı Enver Paşa oldu. Büyük Senussi ise
Libya’daki egemen Müslüman toplumu Sanussiya’nm kralıydı.
1813-14 yıllarında Yukarı Mısır ve Sudan’da dolaşmış, gezmiş
olan İsviçreli Arap uzmanı J. L. Burckhardt bu konuda aynntılı bilgi
vermiştir. Kölelerin hadım edildiği iki yer bulduğunu yazar. Bu yerler-
den biri olan Darfur’da hadım edilen kölelerden bazılan Mısır’a, çoğu
da zenci krallar tarafından Mekke ve Medine’deki camilere ve türbele-
re hediye olarak Souakin yoluyla gönderilmiştir. Ama ikinci ve daha
büyük merkez Yukarı Mısır’da, Asyut (Siout) yakmlannda bir Kıpti
köyü olan Zawiyat el-Dayr idi. Burckhardt bu konuda şöyle yazdı:
Bu köy Türkiye’nin Avrupa ve Asya topraklanna kadın iffeti-
nin bu koruyuculannı üretiyordu... O ülkede kaldığım süre için-
de gördüğüm kadarıyla zenci köleleri hadım eden başlıca iki
Kıpti keşiş vardı ve bunlar bu işte uzmanlaşmıştı. Yaptıklan iş
yüzünden en aşağılık Mısırlılar bile nefret ediyorlardı onlardan
ama hükümet koruyordu onları, çünkü devlete belirli bir vergi
ödüyordu bu Kiptiler ve hadımları daha yüksek fiyata satan köletacirleri de buna göz yumuyor ama içlerinden nefret ediyorlardı.
Hadım etme ameliyatı korkunç görünse de genelde ölüm olayı
çok azdı. 1813 yılında bir sefer altmış çocuk kısırlaştırıldı ve iç­
lerinden sadece ikisi öldü; şehirde bu konuyu konuştuğum kişi-
ler bu ölüm sayısının aslında çok olduğunu, genelde bu kadar
ölüm olayı görülmediğini söylediler. Ölüm olayı genelde yüzde
iki oranında oluyordu. Siout’dan Darfeur ve Sennaar’a gelen ker-
vanlardaki çok sayıda zenci çocuğu böylece kısırlaştırılıyordu,
ben hepsini görmedim ama pek çok kişiden duydum. Çocuklar
genelde sekiz ile on iki yaş arası oluyor, daha büyüklerde ölüm
riski artıyormuş.
... Ameliyat olup kısırlaştırılan bir çocuğun fiyatı Siout’da bin
kuruş kadar, ama birkaç hafta önce onu satın alan köle tüccan
ona genelde üç yüz kuruş ödüyor ve kısırlaştırma ameliyatı ya-
pan Kıpti de kırk beş ile altmış kuruş arasında bir para alıyor. Bu
büyük kazanç da elbette köle tüccarlannda vicdan diye bir şey
bırakmıyor. Yılda yaklaşık yüz elli çocuk hadım ediliyor. İki yıl
önce Muhammet Ali Paşa iki yüz genç Darfour kölesini kısırlaş­
tırdı ve hediye olarak Büyük Sinyor’a gönderdi. Mısır ve Suri-
ye’de harem ağası kullanma adeti oldukça azaldı. Mısır’da Paşa
ve oğullarının haremleri dışında en çok üç yüz harem ağası oldu­
ğunu sanıyorum, ama Suriye’de bu sayı biraz daha fazladır. Bu
ülkelerde hastalık riski de var ve evinde harem ağası kullanacak
kadar çok sayıda kadın köle tutanlar hükümetten korkuyorlar.
Türk evlerinde ise beyaz harem ağası sayısı çok az.18
Daha sonra Mısır’da kısırlaştırma ameliyatları yasaklandı ve ha-
rem ağaları Sudan’dan hadım edilmiş olarak alındılarİngiliz hükümeti 1847’de Osmanlı hükümetinden siyahi köle-
lerle ilgili bazı imtiyazlar elde etti ve 1857’de Hicaz dışında köle ti-
caretinin yasaklanması hakkında bir ferman çıkarıldı.7
Hicaz’ın yasa uygulaması dışında bırakılması ilginçtir. 1855
başlarında Osmanlımn köle ticaretini yasaklaması konusunda berler Hicaz’a da geliyordu. Kafkaslardan beyaz köle getirilmesi kı­
sıtlanmış, Afrika’dan siyahi köle getirilmesinde de engellemeler baş­
lamıştı, bunların üstüne bir de başkentin emrine uyan Süveyş valisi-
nin Hicaz’dan Mısır’a getirilen kölelerin geri gönderileceği hakkın-
daki emri panik yarattı. 1 Nisan 1855’te bir grup tüccar Cidde’de
ulemanın ileri gelenlerine ve Mekke valisine bir mektup yazarak en-
dişelerini belirttiler. Köle ticaretinin yasaklanması ve diğer Hıristi-
yan etkili önlemlerin alınmasından korkuyorlardı, Osmanlı yöneti-
mi kadın kölelerin azadını isteyecek ve bu gidişle ayrı dinden insan-
ların evlenmelerine bile izin verebilecekti. Mektubu yazanlar tüm
bunlann İslam karşıtı hareketler olduğunu ve ayrıca Afrika’dan ge-
len tüm siyahi kölelerin Müslümanlığı kabul ettiğini belirttiler.
Bu mektup Mekke’de karmaşa yarattı ve belki yönetici Vali el-
Abdülmuttalib’i de etkiledi. El-Abdülmuttalib Mekke ulemasının
başı olan Şeyh Cemalle görüştü. Rivayete göre vali şeyhe, devam e-
den Kırım Savaşı’mn Osmanlmm sonunu getireceğini söyledi. Ona
göre Türkler Müslümanlığı bırakıyordu ve kutsal şehirler onların
egemenliğinden kurtarılmalıydı. Köleliğin yasaklanması bu başkal-
dırı için bir bahane olabilirdi.
Birkaç ay sonra Hicaz valisi Mekke valisine köle ticaretini ya-
saklayan emri gönderince kriz başladı. Emrin Mekke şeriat mahke-
mesinde, ulema ve yöneticiler huzurunda okunması isteniyordu. O-
lay 30 Ekim 1855 tarihinde yaşandı ve toplantıya katılanlar itaat
edeceklerini belirttiler.
Ama valinin emri üzerine Şeyh Cemal bir fetva yayınladı ve kö­
le ticaretinin yasaklanmasına itiraz ettiklerini belirtti, İslam hukuku-
na aykırı bir hareketti bu. Şeyh Cemal’e göre bu hareket İslam kar­
şıtıydı, Osmanlı ayrıca kadınların boşanmak için mahkemeye baş­
vurabileceğini ve peçesiz de dolaşabileceğini söylüyordu ki bunlar
Türklerin Müslümanlık dışına çıktığını gösteriyordu. Onların rülmesi caizdi, bunun için ceza verilemez ve çocukları da köle yapı­
labilirdi.
Türkler dinden çıkmış, sapıtmışlardır. Onlara ve onların izin-
den gidenlere karşı savaş vermek gereklidir. Bizimle beraber
olanlar cennete, onların yanında olanlar cehenneme gidecekler-
dir. Onların kanını akıtmak ve mallarına el koymak caizdir.8
Fetva beklenen etkiyi yaptı. Kutsal şehirlerde görevli olan Os-
manlI yetkilileri halkın saldırısına uğradılar ve Osmanlı kadısının da
köle ticareti yasağını lanetleyen bir deklarasyon imzalaması istendi.
Mekke’ye Osmanlı askerleri gönderildi, Osmanlıya karşı cihat ilan
edildi ve isyan başladı.
Bir yıl sonra haziran ayında isyan bastırılmıştı. Fakat Osmanlı
hükümeti bunu bir uyarı kabul etti ve güney eyaletlerinin ayrılmala-
rım engelleyici önlemler aldı. Hicaz eyaleti 1857’de ilan edilen köle-
liği yasaklama yasası dışında bırakıldı. Abdülmuttalib yeniden vali
olarak atandı ve onun Hicaz’da kalmasıyla birlikte köle tüccarları da
eskisi gibi sürdürdüler işlerini.
1857 köleliği yasaklama yasasının uygulaması Osmanlının ve İngi-
liz donanmasının gayretlerine rağmen başanlı olamadı. Köle tüccarlan
şimdi Hicaz’ın yasa dışında tutulmasıyla rahatlamışlardı, köle ticaretle-
rini Kızıl Deniz ve Libya üzerinden kolayca yapıyorlardı. Ingilizlerin
Mısır’ı ve Fransızların da Tunus ve Cezayir’i işgallerinin ardından Lib-
ya, Osmanlının Afrika toprağı olarak kontrol dışı kaldı. On dokuzuncu
yüzyılın üçüncü çeyreğinde siyahi Afrika’dan köleler çoğunlukla Tripoli
ve Bingazi limanlarından getirildiler Osmanlı topraklarına. Bu ticaret
yolunda sıkı kontroller yapıldı ve basılan gemilerden alman köleler ser-
best bırakıldılar. Ama özgür kalan köleler aç ve evsizdi, işleri paraları
i yoktu ve köle tüccarları hâlâ onlann peşindeydi. Osmanlı hükümeti bu
sorunu çözmek için bazı önlemler aldı.
Ingilizlerin Arabistan ve diğer bölgelerde köle ticaretini engelle-
me gayretleri hiç kuşkusuz her yerde onaylanmıyordu. Köle ticare-
tinden büyük para kazanan tüccarlar bu durumdan hiç de hoşnut
değillerdi doğal olarak. .Ingilizleri eleştiren başkaları da vardı elbet-
te. Örneğin 1885’te Mekke’ye giden ünlü HollandalI gezgin Snouck
Hurgronje, Ingilizlerin köle ticaretini engelleme çalışmalarının pek
de övülecek bir şey olmadığını söyledi. Ona göre insanların gerçek-
leri görmesi gerekiyordu. Snouck şöyle yazdı:
Avrupa kamuoyu Müslüman köle ticareti konusunda, Amerikanve Doğu koşulları arasındaki fark belirtilmediği için yanlış yönlendi-
rildi... Şimdi bu insanların kaçırılıp köle yapılmaları aslında onlar
için bir avantaj sayılabilir... Kölelik sayesinde insanlık öğrendiklerini
onlar kendileri de kabul ediyorlar. Özellikle Habeş cariyeler çeşitli
nedenlerle Mekke erkekleri tarafından özgür eşlerden daha çok ka-
bul görüyorlar; bu uygulama hem dinsel ve hem de adetlere uygun
olarak tamamen yasal sayılıyor... Onların efendilerine olan bağlılığı,
kolayca bozulan Müslüman evliliğinden daha sağlam. Ben durumu
iyi biliyorum ve bana göre kölelik karşıtı kampanya çirkin bir şey.

2 Ağustos 2017 Çarşamba

Maldiv Adalarına Səyahət

İbn Batuta Səyahətnaməsində ( XIV) Maldiv adalarının təsviri:
 Bu adaların əhalisi təmiz qəlbli, din bilən, doğru inanclı, iyi niyyətli kimsələrdir. Halal yeyərlər və duaları Allah qatında geri çevrilməz. Bünyələri çox zəyifdir. Dava və savaşdan heç nə anlamazlar. Yeganə silahları duadır. Bir dəfə orada bir oğrunun əlini kəsilməsini əmr etdiyim zaman, seyr edənlərin çoxunun urəyi getdi.
  Buranın qadınları başlarını örtməzlər. Onlara hökmdarlğ edən qadın da başını örtməz. Onlar saçlarını darayıb bir tərəfə toplarlar. Çoxu sadəcə göbəkdən aşağı dəsmalla örtünərək vücudunun digər hissələrini açıqda buraxırlar. Bazarda və küçədə belə gəzirlər.
  Maldivdə qazılıq edərkən bu adəti ləğv etməkçin, qadınlara paltar geydirməkçin çox çalışdım. Ama bacarmadım. Ancaq heç bir qadını, bədəni qapalı olmadığı halda hüzuruma qəbul etməz, davasına baxmazdım. Bundan başqasına gücüm çatmadı. Bəzi qadınlar göbəkdən aşağı  geyilən dəsmalla bərabər qolları qısa və geniş olan köynək geyinirlər.
  Qadınların bəzək əşyası bilərzikdir. Hər qadın biləyindən dirsəyinə qədər  iki qoluna bilərzik taxar, dərisi görünməz.
 Onların qəribə adətlərindən biridə budur: Qadın əriylə birgə yemək yeməz, kişi arvadının nə yediyini bilməz. Mən bu ölkədə çox qadınla evləndim. Bəziləri mən dirəşdiyim üçün mənimlə bərabər yemək yedisə də digərləri heç yanımda oturmadılar. Onları yemək yeyən halda heç görmədim. Bunu görmək üçün müxtəlif yollara əl atsam da bacarmadım.
  Bu adaların islama girişinin səbəbi; Maldiv xalqından Yəmənli fəqih İsa, fəqih müəllim Ali, Qazı Abdullah və bir qrup sözunə güvəniləcək adam mənə bunları danışdı;
  Ada xalqı öncədən kafirmiş, hər ay gözlərinə bir ifrit görünürmüş, dəniz tərəfdən gəlirmiş. Bu məxluq işıqlarla  bəzənmiş işıqlı bir gəmiyə bənzəyirmiş. Əhali o divi göruncə adətlərinə görə bakirə bir qızı bəzəyib sahildəki butxanaya aparırlarmış. Bütxananın kəmər şəklində bir pəncərəsi var imiş, içəri oradan görünürmüş. Qızı bir gecə orada buraxırlar, sabah gəldikdə qızı orda  təcavüzə uğramış halda ölü tapırlar. Hər ay aralarında püşk atılır, kimə düşərsə onun qızı bütxanaya götürülürdü.
  Bir neçə il keçdikdən sonra ölkəyə Əbul-Bərəkat Bərbəri adında Fas kökənli bir hafiz gəlir. Məhəl adasında qoca bir qadının evində qonaq olur. Bir gün qadının evinə gəldiyində ətrafdakı hər kəsin orada toplandığını və ev əhlinin hönkür-hönkür ağladığını görür, səbəbini soruşur. Bir tərcüməçi gəlib püşkün bu evə düşdüyünü, yaşlı qadının tək bir qızı olduğunu və onun da ifrit tərəfindən öldürüləcəyini anlatır. Əbu Bərəkət qadına dönərək:
   Bir qızının yerinə mən gedərəm! deyir.
  Əbu Bərəkat kosaymış. O gecə bu məğriblini götürüb bütxanaya buraxırlar. Dəstəmazlı olan Əbul Bərəkat yavaş-yavaş quran oxumağa başlar. İfrit Allah kəlamını eşidərək qorxur, dənizə qayıdır. Əbul Bərəkat quran oxuya -oxuya günü açır. Yaşlı qadın ailəsi ilə gün açılanda bütxanaya gələndə qarşılarında quran oxuyan məğriblini görürlər. Onu anlarına alib o vaxt hökmdarlıq edən "Şenuraza" adlı hökmdarına götürdülər. Hadisəni ona anlatdılar. Hökmdar çox təəccüblənir. Faslı Əbül Bərəkat  müsəlmanlığa dəvət edərkən hökmdar belə cavab verir:
  Gələn aya qədər yanımızda qal! Bunu birdə təkrar etsən islamı qəbul edərik.
  Əbul Bərəkat Bərbəri beləcə adada qalmış, hökmdar ayın sonu gəlmədən musəlman olmuş, bütləri bir bir qırıb bütxananı yerlə yeksan etmişlər. Ada xalqı islamı qəbul edir.
 Bu gün belə əhali  məğriblilərə çox ehtiram göstərməktədirlər. Əbul Bərəkat Bərbəri öz adıyla məscid tikdirmişdi. Mən məsciddə lövhə üzərində bu cümləni gördüm:
 "Sultan Əhməd Şenuraza, məğribli Əbul Bərəkat Bərbəri vasitəsilə islama girmişdir".
  Bu hökmdar, adasına gələn bir qonaq səbəbilə islama girdiyi üçün adalarının gəlirinin üçdə birini  sədəqə olaraq qonaqlara ayırır.