25 Eylül 2017 Pazartesi

Azərbaycanda Malakanlar

Malakan isminin  altı fərqli anlam daşıdığı, bunlardan beşinin dini mahiyyət kəsb etdiyi söylənilir. Ən yayğın görüşə görə Ortodoksal kilsəsi pəhriz dönəmində süd və süd məhsulları yeyən və kilsədən ayrılan qrupa ruscada süd içənlər mənasını verən malakan adını vermişdir.
  İvanovka İsmayıllı rayonuna bağlı 3.000 əhalisi olan kənddir. Malakanlar və Dukhoborlar bura 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülməyə başlamışlar. Malakanların verdiyi bilgiyə görə 1834-cü ildə 11 Malakan ailəsinin burda yerləşməsi ilə İvanovka kəndi qurulmuşdur. Daha sonra 1949-cu ildə Dağıstandan gələn ləzgilər və 1950-ci ildə Azərbaycan türkləri burada məskunlaşmışdılar. Kənddə 2500 xristiyan, 500 müsəlman yaşamaqdadır. Sovetlər sistemində qurulan kolxoz sistemi burda hələ də qalmaqdadır.
 Malakanlardan ilk dəfə XVIII əsr ruz yazılı qaynaqlarında bəhs edilməyə başladı. Bu dönəmdə Rusiyada Qərb dəyərləri yayılmağa başlayırdı və bu dəyərlər rus kəndlisinin dini inanclarına və yaşam tərzinə müdaxilə etməkdəydi.
 Bir kəndli hərəkatı olaraq meydana çıxan malakanizm orta əsr kəndli hərəkatlarında fərqli bir yol seçmişdir. İqtidarı ələ keçirmək üçün radıkal şüarlar irəli sürməmişdilər. Hətta qətliamlar və soyqırımlar qarşısında səssiz qalmışdılar. İsanın şiddət qarşıtı görüşlərini özlərinə düstur etmişdilər. Buna görə silah daşımaq, istifadə eləmək və hətdə hərbi uniforma geymək dinlə-
rində yasaqlanmışdır. Məzhəbin yaradıcıs olaraq dərzi Semon Ukleyin olmuşdur. Malakanlar arasında ruhban sinfi yoxdur. "Presviteru" adlanan camaat rəhbərləri vardır. Amma presviterular ruhban sinfi kimi nə imtiyazlara malikdir, nə də dini işə çevirmiş xüsusi mütəxəssislərdir. Ruhban iyerarxiyasını rədd etməkdədirlər. Onların fikrincə ağıl sahibi, dürüst, toplum nəzdində hörməti olan hər kəs "presviteru" olub ayini yönəldə bilər.
   Malakanizm yarandığı ilk günlərdən müxtəlif qollara ayrılmışdır. Musəviliyə yaxın olan Subbotniklər, ayinlərində hər cür coşğunluğu rədd edən Postoyanyilər və ayinlərində müqəddəs ruhun təsiri ilə vəcdə gəlib zıplayan Prygunlar malakanizmin içindən çıxmışdır. İvanovkaya gələndə eyni təriqətin daşıyıcıları olan insanlar günümüzdə baptiz, kharizmat və malakan camaatlığına bölünmüşlər.
   Dinlərinə görə sürülməyi, qətl edilməyi gözə alan malakanlar Çarizm dövründə həm iqtidarla həm iqtidarın dəstəkləyicisi olan Rus Ortodoks kilsəsi ilə məsafə saxlamışdılar. Elə başa düşmək olar ki dindən uzaq duran bolşeviklərlə də münasibətlər bu formada davam edəcəkdi. Amma Sovet dövründə malakanların sahibləndiyini görürük. Hətta Qarsdakı 35 malakan kəndindən 32-si SSRİ ərazisinə köç etmişdir.
  Bir Presviteru  Ortodoks kilsəsindən ayrılmalarını İsanın həyatı ilə belə əlaqələndirirdi:
  İncildə yazılır kı, yerə, torpağa, ikonalara (şəkillərə) tapmaq olmaz. Ancaq Allaha tapmaq lazımdır. Bu səbəblə kilsəylə mübahisə etmişlər. İsa dedi: məni qovdular, sizi də qovacaqlar. İsa bizim durumumuzu daha o zamanlar görmüşdü." Malakan məzarlarına xaç işarəsi qoyulmaz. Malakanlar uzaqdakı qohumlar gəlib görsün deyə cənazəni 3 gün evdə saxlarlar. Presviteru 3 gün boyunca gəlib dua edərlər. Cənazə evdəykən gözəl paltarlar geydirilir. Qadına ağ paltar, kişilərə isə qara kostyum geydirərlər. Cənazənin ardından 7 və 40 mərasimləri verilir. Malakanlılar evlənincə atalarının evindən ayrılıb özünə ev tikər. Ondan sonra bir daha atasının evinə getməz. Valideynləri yaşlanib əldən ayaqdan düşsə də dönüb bir qb yemək verməz. Pragolga adlanan yığıncaqları öz yerini "diskotekaya" vermişdi. Müsəlmanların çayxana açmaq istəyinə malakanlar qarşı çıxmışdılar. Kəndin böyükü sədr " çayxana açılacağı təqdirdə hər kəs işləməyə təmbəllik edəcək" deyirdi. Malakanlılar isə " zatən gün boyunca işdə oluruq. Nə zaman vaxt tapıb orda çay içəcəyik. Çay istərsək, çalışdığımız yerdə çay saatında çay hazırlaya bilərik. Bunun üçün başqa yer açmaqa nə lüzum var ki.
 Malakanlarda əlavə pul yığmaq yasaq olduğu üçün əllərinə keçən pulları geyimə, mətbəxə xərcləməkdədirlər. Dinlərin də donuz əti yemək,şərab içmək, siqaret çəkmək qadağan olunsa da praktikada müsəlmanlar kimi bu qaydalara əməl edən yoxdur.
 (Cagir Ceyhan Suvari-Rus köylü hərəkatından günümüzə malakan inancı)

17 Eylül 2017 Pazar

Arakan Tarixi

İngilislərin vaxtında Arakanın ərazisi 51.800 km2 idi. Arakan dar, dağlıq bir ərazidir. Yoma dağları ilə Birmadan ayrılır. "Uzaq şərqə açılan qapı" ünvanına sahibdir. Buddizm Birmadan əvvəl Arakanda boy göstərmişdir. Arakanda Naf, Mayu, Kaladan, Lemro, Ann, Tangup və Sandovay adında 7 çay var. Ən uzunu Kaladan çayıdır. Bu çaylar Benqal körfəzinə tökülür. Çaylar vasitəsilə Benqaliyayla əlaqə saxlamaq Birmayla əlaqə saxlamaqdan daha rahat idi. Bu səbəblə Benqaliyada meydana çıxan dinlər- buddizm, hinduizm və islam Arakana da təsir göstərmişdir. İslamın 1203-cü ildə Benqalda yayılması ilə buradakı müsəlmanlar Arakan üzərində önəmli mədəni və siyasi izlər buraxmışdılar. Arakanda 17 qəsəbə mövcuddur. Akyab Arakanın həm paytaxtı, həm də liman şəhəridir. Dəmir yolu yoxdur. Birma ilə əlaqə dəniz və hava üzərindən qurulur. Quru yolu 3 önəmli keçiddən istifadə olunur.
  Fars dili Arakanı fəth edən Benqal sultanlarının saray dili olduğu üçün, 1845-ci ilə qədər Arakanın da rəsmi dili olmuşdur. Arakan krallarının islamı öyrənmələri 100 il sürmüşdür. Ancaq islamı tam anlamıyla öyrəndikdən sonra böyük Arakan imperatorluğunu qurmuşdular. Arakanın əvvəlki adı Rohingiyadır. Arakanda əsas iki  etnik qrup var. Bunlardan islamı qəbul etmiş Rohingyalar və azınlık durumunda olan buddist Maglar.
  Arakan təpələrində çoxu animist olan bir neçə qəbilə də yaşamaqdadır. II Dünya savaşında Arakan cəbhəsindəqulluq etmiş bir ingilis əsgəri Arakan müsəlmanlarının etnik xarakteri ilə bağlı bu ifadələri işlətmişdir." Daha əvvəl gördüyüm heç bir hindli ya da Birmaliya bənzəmirlər. Adları, geyimləri və adətləri ərəblərə bənzəyirlər. Qadınlarda, xüsusilə də gənc qızlar da fərq ediləcək dərəcədə ərəb təsiri görmək mümkündür. ( Yəqin ki, dindən dolayı)
 Buddist Magların kökü haqqında ən güclü iddia Hindistanda eradan əvvəl krallıq quran Magadha-Ray ailəsindən gəldiyidir. Hindistanda Mauriya sülaləsinin çöküşündən sonra Buddizm zəyifləməyə başladı və Hinduizmlə çatışmalara girdi. Buddistlər rəqib Mahayana Buddist təriqəti tərəfindən işgəncələrə məruz qalıb şərqə doğru qaçdılar. Bölgədə hökmranlıq sürən dindaşları Tibet-Birmalar və Moğollar ilə nigaha girdilər. Saf Ari irqinə aid xüsusiyyətlərini itirdilər. Həm hind həm moğol olan bu mələz irq, bu günün saf Tibet-Birma və Moğol irqindən asanlıqla ayırd edilir.
  Əldəki bütün tarixi dəlillər Arakanın qədimlərdə Hind torpağı olduğunu söyləməktədir. Xronikaların krallar silsiləsinə dair verdiyi bilgilər, eradan əvvəl 2666 illərinə dayanır. Bu informasiyalardan ən güclü olanı Dhannavati Krallığı ilə bağlıdır.
  İslamın Arakana Yayılması; Ərəblər dənizçilik fəaliyyəti ilə məşğul idi. Ərəb tacirlər və dərvişlər yerli xalq arasında təbliğat aparmağa başladılar. Özlərini dinə həsr etmiş bu insanların əxlaqları və vəzifələrini böyük eşqlə icra etmələri qısa müddətdə  bir çox kişinin müsəlman olmasına səbəb oldu.
 Tarixçi G. E. Harveyin də qeyd etdiyi kimi " Buddist ölkə X yüz ildən sonra yayılan islama qarşı duracaq durumda deyildi. Arakanlı qadınlar, islamın təsiri ilə Birmadakı qadınlardan fərqli bir həyat  yaşamağa başladılar.
   Arakan kralı Narameiklanın 1404-cü ildə qonşu Buddist Tripura ya da Hindu dövlətinə sığınmaqdansa müsəlman Benqalı seçməsini də vurğulamaq lazımdır. Benqal hökmdarı Sultan Qiyasəddin Əzəm şah tərəfindən çox yaxşı qarşılandı. Mənəvi lider Nur Kutub Aləmdən islamı öyrəndi. Bir tarixçinin dediyi kimi " Buddizmdən uzaqlaşdı, yadlaşdı və islamın təsirinə girdi."
 Narameiklanın  islamı qəbul etdikdən sonra aldığı isim Suleyman şah oldu. 1430-cu ildə Suleyman şah taxta oturdu. Zabuk şahın dövründə (1531-1553) Arakan imperatorluğa çevrildi. II Səlim şahın ( Tiri Tudamma) ölümündən sonra taxta buddist maglar keçdi.
  1942-ci il Müsəlman Qətliamı;- Birma Yaponiya tərəfdən müharibəyə girdi. İngilislər çəkildiyində, Arakan bölgəsinin idarəsi bir budist mag olan U Kyav  Khineye verildi. Bu magları son dərəcə məmnun etdi. Yaponlar 23 mart 1942-ci ildə Akyabı bombaladılar. Sağ qalan ingilis əsgərləri geridə çoxlu silah qoyaraq Akyabı tərk etdilər. Takin partiyası tezliklə Birmanın müstəqillik əldə edəcəyini düşünürdülər. Müsəlmanları bu xaos ortamında məhv etməliydilər ki, müstəqillik əldə etdikdən sonra onlara problem yaratmasınlar. Buddist magları müsəlmanların üzərinə qışqırtdılar. Buddist maglar Birma idarəsi altında yaşamağı müsəlmanlarla bir arada azad yaşamaqdan üstün tutdular. 28 mart 1942-ci ildə müsəlman qətliamı başladı. Müsəlmanlar qanlarının son damlasına qədər mücadilə etsələrdə güclü silahlara sahib Takinlərin qarşısında sonacan dirənə bilmirlər. Lemro çayı məsum insanların qanına boyanmışdı. Lengvinin müsəlman kəndliləri əllərində tək bir silahla  Maglara qarşı qəhrəmancasına dirəndilər. 100 mindən çox müsəlman öldürüldü, minlərcə müsəlman kənd yerlə bir edildi.
  İngilis ordusu 1944-cü ilin sonlarına qədər Arakanı yaponlardan təmizlədilər. Arakan cəbhəsində yer alan bir ingilis bunları yazır." Savaşdan öncə Arakanın tamamı həm maglar, həm də müsəlmanlar tərəfindən mühasirəyə alınmışdır. Bu savaş sonucu maglar ölkənin güney hissəsini, müsəlmanlar quzey hissəsini  ələ keçirdilər. Müsəlmanlar çox əzimli və qeyrətliydilər. İndiyə qədər gördüyüm və savaşdığım taborlar qədər mükəmməl idilər. Yüz illərlə düşmən bir ölkədə yaşamalarına rəğmən həyatda qalmağı bacarmışdılar. Onları yəhudilərə də bənzətmək olar.
  Arakanlı müsəlmanlar ingilis əsgərlərinə xidmət edirdilər. Gələcəylərini ingilislərin qalib gəlməsinə bağladıqları üçün ingilislər üçün savaşdılar və öldülər. Bir ingilis müəllif, bu insanların ingilislərə yardımları ilə bağlı bunu yazır." Bu insanlar olmadan biz eşitməz və görməzdik. Onlar bizim gözümüz, qulağımız, nəşə qaynağımız oldular. Gələcəkləri bizim əllərimizdə idi. Arakanda xoşbəxt bir millət və ədalətli ölkə yarada bilərdik. Göstərəcəyimiz hər nəzakət və edəcəyimiz hər bir yaxşılıq bizə artıqlaması ilə geri dönəcəydi. Onların bizə qarşı göstərmiş olduğu ədalət və etmiş olduqları yaxşılıqlar bir gün geri ödəniləcəkmi?". İngilislərin mövqeyi isə ortadadır. Yardım etdikləri kişilərin soyundan gələnlər , Rohingyaların Arakanın yerliləri olduqlarını belə qəbul etməzlər.
  1978-ci ildə Arakanlıları bölgədən atmaq üçün "Nagamin" və ya " Kral Dragon əməliyyatı" həyata keçirildi. Müsəlman qadınlara təcavüz edildi. Müsəlmanlar Banqladeş sərhədlərinə tərəf qaçmağa başladı. 300 min mültəci Banqladeş düşərgələrində yaşamağa başladı. Mültəci sayının çoxluğu dünyanın diqqətini bu bölgəyə çəkdi. Basqılar nəticəsində Birma geri addım atdı. 200 min müsəlman yenidən vətənlərinə döndü. 40 min mültəci isə düşərgələrdə can verdi.
 1991-ci ildən sonra da müsəlmanların durumunda dəyişiklik olmadı. Banqladeşdən dəvət edilən buddistləri müsəlman torpaqlarında məskunlaşdırırdılar. Müsəlmanları buddist kəndlərinin salınmasında işlədirdilər. Onların əli ilə kəndlərin müxtəlif yerlərinə Budda heykəlləri qoyurdular. Müsəlmanların sayını azaltmaqda məqsəd müsəlmanların muxtariyyət istəylərinin qarşısını almaq idi. Bölgəni buddistləşdirmək planlaşdırılır. Müsəlmanlar əleyhinə kitapçalar paylanır. Bu kitapçalarda müsəlmanların digər dinləri basdırmaq istəyi, Birmanı islam dövləti halına gətirməyi planlaşdırdıqları yazılır. 2001-də Əfqanıstanda minillik Budda heykəlinin yıxılması gərginliyi daha da artırır.
  Birma xuntasının 2005-ci ildə gətirdiyi daha bir qanun, Arakanlı müsəlmanların Qurban bayramını qeyd etməsinə aiddir. Arakanın quzeyində yaşayan müsəlmanların kəsdikləri qurbanlardan vergi alınmışdır.
  2005-in yazında musson yağışlarının gecikməsi  princin yetişməsini də gecikdirdi. Arakanlılar aclıqla üzbəüz qaldılar. 11 ildir Arakana qida yardımı edən Dünya Qida Proqramının yardımları, Birma xuntası tərəfindən  heç bir açıqlama verilmədən əngəllənmiş; yazda gəlməli olan yardım sentyabrda Arakana çatmışdır.
  28 may 2012 tarixində Ramri qəsəbəsində buddist Rakhinə bir qadının 3 müsəlman tərəfindən təcavüzə uğraması müsəlmanlara qarşı yeni bir şiddətin başlanğıcını qoydu. 3 iyun2012 ci ildə 10 müsəlman Taungopda avtobusla səyahət edərkən buddistlər tərəfindən linç edildi. Buna etiraz olaraq  yüzlərcə müsəlman  Maungdav şəhərindəki məscidə toplanmışdı. Çıxan çatışmalarda çox sayda müsəlman yaralanmış və öldürülmüşdü. Buddist fanatiklər və Birma polisi müsəlman kənd və qəsəbələrinə basqınlar düzənlədilər.
                 İnsan Haqları Acısından Mövcud Durum
1. Arakanda həbs edilmiş və işgəncə görən çox sayda müsəlman vardır, ancaq kimlikləri və sayları haqqında dəqiq bilgi yoxdur.
2. Qadınlara təcavüz edilməktədir.
3. Səyahət qadağasının yanında küçəyə çıxma qadağası həyatı tamamən iflic etməktədir.
4.Camilər, məscidlər, evlər, məktəblər yıxılmaqdadır.
5. Dövlətdən icazəsiz məscid və mədrəsələr təmir edilə bilməz. Buna nəzarət etmək üçün məscid və mədrəsələrin ildə 3 dəfə fotosu çəkilməlidir. İcazəsiz təmir yapılarsa 6 il həbs cəzası və para cəzası təyin edilir. Son 20 ildə yeni cami və mədrəsə tikilməsini icazə verilməmişdir.
6. Bütün ailə üzvlərinin yer aldığı bir fotoqraf hər il hökümət yetkililərinə təslim edilməlidir. Doğan hər cocuk və ölən hər ailə üzvü üçün dövlətə vergi verilməlidir.
6. Müsəlmanların səyahət azadlığı yoxdur. Bir müsəlman kəndindən digərinə getmək üçün dövlətə vergi verməli və icazə almalıdırlarş
7. Beton evlər tikməsi yasaq olan müsəlmanlar, evlərini taxtadan tikməlidirlər. Dövlətə aid edilən bu evlər yanlışlıqla yanarsa ev sahibi dövlətin evini yıxmaqdan 6 ilə qədər həbs cəzası alır.
8. Bir müsəlman iş yeri aça bilmək üçün bir buddistlə ortaqlıq qurmalıdırlar. Bu ortaqlıqda Buddist sərmayə qoymadan işlətmənin yarısına ortaq olmalıdır.
9. Müsəlmanlar  heyvanları üçün hər il dövlətə vergi verməlidir.
10. Müsəlmanların evlənməsi iznə tabedir. Evlənmək istəyən müsəlman qadın və kişilər dövlətə ayrıca vergi ödəmək zorundadılar. Vergiləri ödəsələr belə dövlət icazə verməsə evlənə bilməzlər.
11. Müsəlmanlar xəstələndiyində dövlət xəstəxanasına gedə bilmirlər.
12. Müsəlmanlaər ən son liseyə qədər oxuya bilərlər.
13. Müsəlmanların dövlət işində işləməkləri qadağan olunub, bir müsəlman dövlət məmuru yoxdur.
14. Müsəlmanlar cib telefonundan istifadə edə bilməzlər.
15. Müsəlmanlar heç bir haqq almadan dövlət ya da buddistlərin həyətində işlədilir.
16.Müsəlmanların vətəndaşlıq haqları yoxdu. Müsəlmanlara üzərində "yabançılara aiddir" kəlməsi yazılan bir kimlik verilir. Heç bir keçərliliyi yoxdur. Sadəcə bilgi amaclıdır.



   

9 Eylül 2017 Cumartesi

Xeybər- İslami Fəthlər silsiləsi II

 Rəsulullah hicri 7-ci ildə Xeybərlilərə qarşı savaşa çıxdı. Xeybər xalqı Peyğəmbərə qarşı dirəşdilər və müsəlmanlarla savaşdılar. Rəsulullah 1 aya yaxın onları muhasirə etdi. Sonunda xeybərlilər həyatlarının qorunması, uşaqlarının buraxılması şərtiylə Xeybərdən çıxıb getməyi və torpaqlarını, qızıl və gümüşlərini, üzərindəkilər xaric, geyim və silahlarını müsəlmanlara buraxmağı və heç bir şey saxlamayacaqlarını,( saxlasalar əgər anlaşmanın hökümsüz qalacağı bildirildi)qəbul etmək surətilə hz. Peyğəmbər ilə sülh bağladılar. Yəhudilər, içində Huyeyy ibn Ahtabın qızılları olan bir qutunu gizlətdilər. Huyeyy bu qutunu Bəni Nadir yəhudiləri Mədinədən çıxarılandan sonra Xeybərə aparmışdı. Rəsulullah Huyeyy daha öncə öldürüldüyü üçün , Saye ibn Amra " Huyeyin gətirdiyi qutuya nə oldu"? deyə soruşdu. O "savaşlar və məsrəflər sonucu bitdi"deyə cavab verdi. Bunun üzərinə peyğəmbər " az vaxt keçdi və çox mal var idi" deyərək verilən cavabın doğru olmadığını ifadə etdi. Sayeyi cəzalandırmağı əz Zubeyrə həvalə etdi. Bunun üzərinə  Saye: " Huyeyyin bu xarabada dolaşdığını gördüm" dedi. Müsəlmanlar göstərilən yerə getdilər və orada qutunu tapdılar.
 Rəsulullah Əbul Hukaykın iki oğlunu öldürdü. Anlaşmanı pozduğları üçün onların qadınlarını və uşaqlarını əsir aldı, mallarını qənimət götürdü və Xeybərdən sürgün etmək istədi. Xeybərli yəhudilər  peyğəmbərə yeni təklif etdilər: "Biz torpağı işləməyi və xurma yetişdirməyi yaxşı bilirik, buna görə bizi yerimizdə burax."
  Rəsulullah yetişən meyvə və taxılın yarısı qarşılığında onları yerlərində buraxdı və onlara: " Allahın sizi burada buraxdığı müddətə qədər mən də sizi burada buraxıram" dedi. Çünki, peyğəmbər və əshabının bu torpaqlarda işləyəcək işçiləri və vaxtları yox idi.
 Ömər b. Əl Xəttabın xilafəti zamanında, aralarında vəba xəstəliyi yayıldı. Bundan başqa, müsəlmanlara qarşı pis davranırdılar. Rəsulullah belə buyurmuşdur; " Ərəb yarımadasında iki din bir arada olmayacaqdır." Ömər bu hədisin peyğəmbərin söyləyib söyləmədiyini incələdi. Sonunda, hədisi söyləmiş olduğunu inandırıcı dəlillərlə sübut edildiyində Xeybər yəhudilərini yerlərindən sürgün elədi. Xeybər torpaqlarını savaşda iştirak edən müsəlmanlar arasında bölüşdürdü. Peyğəmbərin xanımlarına da hissə ayırdı və onlara: sizlərdən kim istəyir məhsul götürsün, kim istər torpaq alsın, hissələri varislərinə də qalacaqdır." dedi.
  Abdullah ibn Rəvaha hər il Xeybərə gəlir, yetişən məhsulu hesablar, sonra yarısını onlardan alırdı. Xeybərlilər Abdullahın hesabdakı aşırı həsassiyətinə görə peyğəmbərə şikayət etdilər. Bundan başqa, Abdullaha rüşvət təklif etdiklərində o belə cavab verdi:
  " Ey Allahın düşmənləri! Mənə harammı yedirtmək istəyirsiz? Allaha and olsun ki, mənim üçün  insanların ən sevgilisi olan bir zatın qatından sizə gəldim. Sizin topluluğunuzdan meymun və donuzlardan daha çox nifrət etməkdəyəm. Amma, sizə qarşı olan nifrətim və ona qarşı olan sevgim, məni, sizə qarşı heç bir zaman ədalətsizliyə sürükləməyəcəkdir. Bundan sonra xeybərlilər: " göylər və yerlər ədalətlə qaimdir" deyə qarşılıq verdilər.
  Əl Hüseyn ibn əl Əsvəd- Yəhya ibn Adəm- Abdüssəlam ibn Harb- Şubı və əl Hakem yoluyla rəvayət etmişdir:
  Abdurrəhman ibn Əbu Leyla Allahın "Onlara yaxın bir fəth bəxş etmişdir"( Fəth surəsi18) ayətində müjdələnən fəthin Xeybər fəthinə, və "sizin təsəvvür etmədiyiniz başqa qənimətlər" ( Fəth surəsi 21) ayətinin də Sasani və Bizans fəthlərinə işarət etdiyini rəvayət etmişdir.
  Xeybər qənimətləri 36 hissəyə bölünmüşdü. Bu hissələrin hər biri, yüz hissə qəbul edildi. Bunlardan 18 hissə  müsəlmanlara verildi və onlar öz aralarında bunu bölüşdürdülər. Rəsulullaha digər müsəlmanlar kimi  bundan bir hissə verildi. Digər  18 hissə isə, peyğəmbərə qonaq gələnlərlə heyət mənsublarına və digər ehtiyaclarını sərf etmək  üçün Rəsulullaha verildi.
               ****                                                                   ****
   Hicri 38-ci ilin sonu və 39-cu ilin başlarında Əli ibn Talibin xəlifəliyi zamanında, əl Haris ibn Mürrə əl Abdi, Əlinin izni və öz istəyi ilə Sind hüdudlarına gəldi, zəfər qazandı, qənimət və əsirlər əldə etdi. Daha sonra əl Haris və az bir qismi istisna olmaqla yanındakılar 42-ci ildə Kikan torpağında öldürüldülər.
  Osmanın dövründə Said Təbəristana yürüdü. Əlinin iki oğlu Həsən və Hüseyn bu savaşlarda Said ilə bərabər idi.
 Mərv mərzbanı Mahaveyh Əlinin xəlifəliyi dövründə Əlinin yanına gəldi. Əli dehqanların və digərlərinin cizyəni ona ödəmələrini bildirən bir vəsiqə yazdı. Ancaq Xorasan xalqı, onlara üsyan etdi. Bunun üzərinə Əli  Cade ibn Hubeyrə  əl Mahzumiyi Xorasana göndərdi. Cade buranı fəth edə bilmədi. Xorasandakı qarışıqlıq, Əlinin öldürülməsinə qədər davam etdi.
   Əli ibn Əbu Talib bunları dedi: " sizlərdən birisi bizimlə bərabər Müaviyəyə qarşı savaşmaq istəməzsə, atasını alsın və Deyləmə getsin, onlarla döyüşsün!" Mən də ( İsmayıl ibn Mürrə əl Həməzani) oraya gedənlərdən idim. Bizlər 4-5 min kişi idik.
  İstifadə olunan mənbə; Əhməd ibn Yəhya əl Bəlazuri; Fütuhul Buldan.

5 Eylül 2017 Salı

Kadisiyyə Savaşı

 Müsəlmanlar Ömərə məktub yazıb onlara qarşı toplanan farsların çox sayda olduqlarını bildirdilər və ondan yardım istədilər. Ömər özü savaşa gedmək istədi və ordugahını qurdu. Bunun üzərinə əl Abbas ibn Abdulmutallib ilə səhabələrdən bəziləri onun qalmasını və ordu və əsgərlər göndərməsini tövsiyə etdilər. O da buna görə hərəkət etdi. Əli ibn Əbu Talib isə döyüşə getməsini məsləhət gördü. Ömər " mən burada qalmağa qərar verdim" dedi və Əliyə döyüşə getməsini təklif etdi. Əli bunu qəbul etmədi. Sonra Sad ibn Vaqqası göndərdi.
 Reyli və ya başqa bir rəvayətə görə Həmədanlı olan Sasani sərkərdəsi Rüstəm gəldi. Məcusilərin sayı təxminən 120 min idi. Bundan başqa, onlarla birlikdə otuz fili olan ən böyük bayraqdarı Derefşikabyan da vardı. Müsəlmanların sayı isə 9-10 min arasındaydı. Bəzi mənbələrə görə 35 min idi.
  Rüstəm Sada elçi göndərib adamlarından bəzilərini göndərməsini istədi. O da, el Muğirə ibn Şubeyi göndərdi. Rüstəm onunla çox danışdı və axırda ona bunları dedi: " sizi içində olduğunuz bu duruma  sürükləyən  şeyin yalnızca keçim sıxıntısı olduğunu bilirəm, sizin qarnınızı doydurarıq və sevdiyiniz şeyləri verib sizləri yola salarıq. Əl Muğirə bu cavabı verdi: Allah bizə peyğəmbəri göndərdi, biz də onun dəvətini qəbul etməklə səadətə çatdıq. O bizə, dinimizi qəbul etməyən kimsə ilə "..boyunlarını büküb əlləriylə cizyə verənə qədər .."(Tövbə 29) savaşmaqı əmr etdi. Bundan dolayı biz səni tək bir Allaha ibadət etməyə və onun peyğəmbərinə  iman etməyə çağırırıq, ya bunu qəbul edərsən ya da sizinlə bizim aramızda qılınc qərar verəcəkdir." Bu cavaba çox sinirlənən Rüstəm əllərini sinəsinə vurdu və dedi: Günəşə və aya and olsun ki, sabah günəş yüksəlmədən öncə hamınızı öldürəcəyik." Müğirə cavabında " Güc və qüvvət yalnız Allahındır" dedi
    Ömər Sada məktub yazıb farsların Kisrasını islama dəvət etmək üzərə bəzi adamlar göndərməsini əmr etdi. Sad Amr ibn Madikerib əz Zubeydi ilə əl Əşas ibn Kays əl Kindiyi bir heyətlə göndərdi. Onlar Rüstəmin yanına gəldilər. Rüstəm "hara getmək istəyirsiz?" deyə soruşdu. Onlar da "sahibinizə" deyə cavab verdilər. Çox danışdılar. Müsəlmanlar: "Bizim peyğəmbərimiz sizin torpaqlarınıza sahib olacağımızı bizə vəd etdi" dediklərində Rüstəm bir zəmbil torpaq istədi və söylədi; " Bizim torpaqlarımızdan sizə bu var""
 Daha sonra müsəlmanlar Kisraya gəldilər və onu islama dəvət etdilər. Kisra qəzəbləndi və müsəlmanlara geri qayıtmalarını əmr etdi və dedi:" Əgər siz elçi olmasaydınız, mən sizi öldürərdim!" Kisra Rüstəmə də məktub yazıb müsəlmanları yanına göndərdiyi üçün onu qınadı.
  Şiddətli bir savaş oldu. Allah Rüstəmi öldürdü. Onun cəsədi qılınc və mizraq yaralarıyla dolu idi. Onu kimin öldürdüyü bilinmədi.
  Əbu Rəca əl Farsi babası və dədəsi yolu ilə rəvayət edir ki, Kadisiyyə savaşında iştirak edirdim. Məcusi idim. Ərəblər bizə ox atdıqlarında, biz "dük, dük" deyərdik; biz bununla iğləri nəzərdə tuturduq. Bizə qarşı bu iğlərin arası kəsilmədi, sonunda dövlətimiz ortadan qalxdı. Bizdən bir kimsə navekiyyə deyilən yaydan ox atınca, onların paltarlarına dəyməkdən o yana keçmirdi. Onların atdıqları ox üzərimizdəki zırhları dəlib keçirdi.( Əl Bəlazuri, Fütuhul Buldan.səh.291,2013)
 Fars ordusunda əsas təhlükə fillər idi. Həmçinin döyüşlərdə aslanlardan da istifadə edirdilər. Fillərin üzərində düşmən cəbhəsini seyr etmək üçün hundur burclar qurmuşdular. Fillər bir neçə gün müsəlmanlara çətinlik yaratdilar. Sonra müsəlmanlardan ölümü sevən bir qrup fillərin üzərinə yeriyib xortumlarını kəsdilər. Bundan sonra fillər geriyə doğru qaçmağa başladılar. ( İbn Haldun, Mukaddimə II)
   Rüstəm savaş əsnasında müsəlmanları bir yerə toplanıb namaz qılarkən gördükdə bunları söylədi: "Ömər köpəklərə ədəb öyrətməklə ciyərimi yedi".( İbn Haldun, Mukkadimə II)
  İsgəndəriyyə şəhərini fəth edərkən İsgəndəriyyə hakimi Mukavkıs, qadınların surların üzərində üzləri içəriyə baxacaq şəkildə ayaqda durmalarını əmr etdi, kişilər isə silahlı olaraq üzləri müsəlmanlara doğru ayaqda durdular. O, bu şəkildə müsəlmanları qorxutmaq istəyirdi. Bunu anlayan Amr ona bir elçi göndərdi və "biz sənin nə etdiyini anladıq, bizlər məğlub etdiklərimizi say çoxluğuna görə məğlub etmədik" dedi.