19 Kasım 2017 Pazar

Erməni Dilində Say Sistemi

1-մեկ (mek)                      6-վեց (vets)
                                            7-յօթ (yot)
2-Երկու (yerku)                8-ութ (ut)
3-երեք (yerek)                  9- ինն (in)
4-չորս (çors)                     10-տասը (tas)
5-հինգ (hinq)
    Sonraki saylar Azərbaycan dilində olduğu kimi düzəlir. Yuvarlaq rəqəmi əzbərləmək kifayətdir. Məsələn:
    11- տասնմեկ- (Tasnmek)10 və bir rəqəmlərinin birləşməsidir. Bu qayda ilə 19-a qədər düzəldirsiz.Ona görə ancaq yuvarlaq ədədləri və 9-a qədər ədədləri əzbərləməniz kifayətdir.
  20-քսան (ksan)
  30-երեսում (Yeresun)
  40-Քարասում (karrasun)
   50-հիսուն (hisun)
  60-վաթսուն (Vatsun)
  70-յոթանասուն (yotanasun)
  80-ութսուն (utsun)
  90-իննսուն (insun)
 100- հարյուր ( Haryur)
  100-dən sonrakı rəqəmlər də eyni qayda ilə düzəlir, məsələn: 114- haryur tasn çors,yəni,100 (haryur)-10(tasn)-4(çors)
 200- երկուհարյուր (yerku haryur)
  300-երեք հարյուր (yerek haryur)
400- չորս հարյուր (çors haryur) və s.  Qalanları da bu üsulla 1000- qədər düzəldirik.
  1000-հազար (hazar)
1943-hազար (1000)ինը (9) հարյուր (100) քառասուն (40) երեք (3)
  Sıra sayları miqdar saylarının sonuna երորդ(yerord) şəkilçisi artırılaraq düzəlir. 2,3,4 rəqəmlərinə isə րորդ (rord) şəkilçisi əlavə olunur.
 Birinci sıra sayı առաջին (arracin) olaraq yazılır.
  Erməni dilində 20-ci illər,30-cu illər və s. Ական-akan(cı,ci,cu,cü) və թվականներ ifadələri ilə düzəlir.Məsələn:
  Ութսունական թվականներ (utsunakan tvakanner)-80-ci illər
  (Hatəm Cabbarlı-Erməni dili)
http://mariatudor.com/erm%C9%99ni-dilind%C9%99-saylar/