17 Haziran 2018 Pazar

Röya ərə getdi.

Qafqaz bir çox səbəblərdən ta qqədimdən qul ticarətinin mərkəzi oub. Qul alveri min ildir ki, gedir, ənənəyə söykənir,saysız-hesabsız libaslarda gizlənə,Avropanın ən təcrübəli polislərindən çox asanlıqla gizlənə bilirlər. İndi qullar əldən- ələ gizlicə verilir və bu haqda təcə avropalı səyyahlar yox, heç Şərqdə də bir şey bilmirlər. Zahirəjn bu sadəcə yoxdur. Amma indi həmişəkindən də artıq çiçəklənməkdədir. Qoy bu "mövcud olmayan" qaçaqçılıqdan bəzi şeylər deyim.
   Qafqazlılar yaraşıqlı olurlar-yaraşıqlı və həmişə kasıb. Şərqdən və Qərbdən iki güclü hökmdarın-Sultanın və Şahın orduları onları həmişə sıxışdırıb, sonralar bu ordular şimalda ruslarla, cənubda Azərbaycan orduları ilə müttəfiq olub.
  Bu yerlərdə knyazlar, çarlar öz başının hayına qalıb, sonda məcbur qalıb bunlardan birinin ağalığını qəbul edib, xərac veriblər.
  Dağlarda (Dağıstan) xərac üçün nə verə bilərdilər? Onların bir çoxu, demək olar ki, pul nə olduğunu bilmirdi, öz aralarında dəyiş-düyüş üçün istifadə etdikləri mal-qara isə həşəmətli hökmdarların işinə yaramırdı. Dağlarda yalnız bir qiymətli var-dövlət vardı, o da gözəl, yaraşıqlı uşaqlar. Elə xərac kimi də onları aparırdılar.
 Hər il Türkiyənin vassalı olan ölkələrə İstanbuldan carçı gəlir, özü ilə müfəssəl tələblərin uzun siyahısını gətirirdi. Siyahını hansısa bir hərdəmxəyal saray əyanı hazırlayırdı, məsələn, deyilirdi ki, həmin il Bosfor sarayına bu nişanda, bu görkəmdə, bu yaraşıqda bir qız lazımdır. Qızın bədəninin bütün yerləri təsvir olunurdu. Buna görə də Qafqaz knyazları öz tabeliyində olan subyektlərə və qonşularına qarşı reydlər təşkil edir, Türkiyə hərəmlərinə göndərilmək üçün yüzlərlə qız yığırdılar. Eynilə beləcə, onlar yüzlərcə gözəl, yaraşıqlı oğlan uşaqlarını yığıb könüllü olaraq digər bir hökmdara-İran şahına göndərməli idilər.
   Şah qızları xoşlamırdı, oğlan uşaqlarını, yaxud o vaxt deyildiyi kimi, "tuksusi" istəyirdi. Onlar xərac kimi yox, Şahın şərəfinə könüllü olaraq, bəxşiş kimi göndərilirdi. Göndərilməsə, şah o torpağa hücum edir, bəxşişini zorla alırdı. Hər il Tehrandan buralara carçı gəlir, şah üçün də oğlanların təsviri olan fərman gətirirdi. Knyazlar fərmanı alıb, öpür, şahın istəyini yerinə yetirib qızları Bosfor sahillərinə göndərdikləri kimi, oğlanları da Tehrana yola salırdılar. Hər il eyni şey..Ona görə Şərqdə damarlarında qafqazlı qanı axmayan nəcib və alicənab bir ailə çətin ki, tapılar.
   Bunlar qaranlıq keçmişin qorxulu nağılları deyil. Bir vaxt Avropanın sinəsində dəmir yolları çəkiləndə, paroxodlar dənizləri yara- yara qitələri birləşdirəndə buraya hələ də İstanbuldan və Tehrandan carçılar gəlirdi. Bu canlı əmtəələrin alınıb aparılmasına dair sonuncu müqavilə yalnız 80 il bundan əvvəl ləğv olunub. Rusiyanın hökmranlığı altında insan xəracı dayandı, amma Şərq hərəmlərində Qafqazdan olan qızlara və oğlanlara tələbat qalmaqda idi. Şərqdən və Qərbdən, Turkiyədən və İrandan Qafqaz knyazlarının saraylarına hiyləgər xədimlər gəlirdi. Knyazlara müşavir təyin olunmuş rus generalı üzünü çevirən kimi gələn emissarlar pul kisələrini açır, tamahkar knyazların gözləri qamaşırdı. Minqreliyanın sonuncu knyazı Türkiyəyə bir milyon funt qiymətində canlı əmtəə satmışdı-bu, o vaxtlar üçün fantastik məbləğ idi. Amma bu da knyazı təmin etmirdi. O, xüsusi bir tövlə tikdirmişdi, orada cavan qızlar bəsləyib yetişdirirdi-lap Avropada cins atlar yetişdirdikləri kimi.
  Boy-buxunlu, yaraşıqlı kişilər gözəl qadınlarla cütləşdirilirdi ki, doğulan uşaqlar gözəl olsun.
Əlbəttə, knyazların bu "uğurlu" ticarəti uzun müddət davam edə bilməzdi. Tezliklə rus generalları başa düşdülər ki, onların himayə etdikləri bu adamların var-dövləti hardandır. Amma çara xəbər verməyə qorxdular. Çünki çar knyazların çoxunun dostu idi. Amma bunu çarsız həll etmək olardı. Bu arada qəfildən knyazların rütbə və səlahiyyətlərini ləğv etdilər, onlara yaxşı təltifər verib, yaraşıqlı mundir geyindirdilər, yüksək pensiya kəsib həmişəlik çarın sarayına göndərdilər. Heç bir hay-küy, narazılıq salmaq olmazdı. Avropada heç kim bilə bilməzdi ki, Rusiyanın himayəsi altında olan bu adamlar-onların çoxu xristiyan idi-öz rəiyyəti ilə qul kimi davranır, qul ticarəti ilə məşğul olurdu.
 Knyazlar sadəlövhcəsinə təəccüblənirdilər ki, bu yıpranmış, əldən düşmüş, qoca rus generalları niyə təşviş içində vaysınır, bu adi və təbii işə belə hiddətlənirlər.
 Qul alverçilərinin cəzası Sibirə sürgün idi, ona görə də tacirlər ayıq-sayıq idilər. Buna baxmayaraq, bu iş elə də təhlükəli deyildi, çünki qullar yaxşı bilirdi ki, doğma kəndlərindənsə, bəlkə uzaq ölkələrdə onları daha yaxşı tale gözləyir. Tacirlər ehtiyat edib etiraz edən bir-iki qıza azadlıq verirdi. Əhali də halından məmnun idi. Çünki əvvəllər o şeyi ki, knyazlar və sultanlar mənimsəyib pulsuz aparırdı, indi onun həqiqi sahibinə pul verib alırdılar. Birdə ki, bu ticarətə Qafqazın bütün xalqları eyni dərəcədə cəlb olunmamışdır.Burada müəyyən edici amil qızların gözəlliyi və sakinlərin xarakteri idi.Bəzi tayfalar uşaqlarını heç vaxt satmırdılar.
  Qara dəniz sahillərindəki sakit ölkələrdə-Miqreliya, Abxaziyada, Acarıstanda bazarın vəziyyəti çox yaxşı idi. Qafqazda ən gözəl qızlar oralarda olurdu.Əvvəlcə knyazlar, sonra da qul tacirləri buranın əksəriyyəti xristiyan olan əhalisini buna o qədər öyrəşdiriblər ki, onlar müəyyən ehtiyac və təhlukələrdən qorunmaq üçün qızlarına etibarlı vasitə kimi baxırdılar.
   Deyilənə görə--bu, həqiqətə çox bənzəyir-1918-ci ildə alman qoşunları bu yerlərə yaxınlaşanda sərhəddə olan kəndlər ən gözəl qadınlarını kənd ağsaqqalarınıjn müşayəti iləalmanların yanına göndərirlər. Ağsaqqalar niyyətlərini ərz edib almanları inandırırlar ki, onlar fatehlərin nə istədiklərini yaxşı bilirlər, sonra da gözüyaşlı yalvarıb yaxarırlar ki, almanlar onların adətini qəbul etsinlər, qədimdən bəri adət etdikləri qadın vergisindən başqa onlara heç bir vergi vurmasınlar. Almanlar məəttəl qalmışdılar ki, nə desinlər.Yerlilərin adətinə hörmət etsinlərmi? Onlar buna razılaşmayıb qızları, qadınları geri qaytardılar. Hər halda Qafqazda belə danışırlar.
   Sonralar Qafqaz kommunistlərin əlinə keçəndə yerli əhali qızları yeni hakimiyyətin məmurlarına da təklif etməkdən çəkinmədi və istəkləri baş tutdu, amma həmin qızlar Üçüncü internasionalın təbliğat məktəblərinə göndərildi. İndi qul qaçaqçılığı, demək olar ki, aradan qaldırılıb. Hərəmlər ləğv olunandan sonra vəziyyət kökündən dəyişdi.
  Bir neçə on il əvvəl Qafqazın istilasını tamam başa çatdırandan sonra ruslar elan etdilər ki, quldarlıq, köləlik onların mədəni missiyasına ziddir. Amma evlərində xidmət etmək üçün nökər-naib saxlayan və onların sahibi olan Qafqaz knyazlarının hüquqlarına ziyan vurmamaq üçün Rusiyanın Qafqaz canişini öz sarayında onlarla görüş təşkil etdi. Bildirdi ki, çar şəxsən xahiş edib ki, quldarlığa son qoyub, nökərləri buraxsınlar. Görüşdə hamı buna razılıq verdi. Bir aydan sonra çarın asılılıqdan azad olma haqqında qanunun elan olunması ərəfəsində bir dəstə kölə-nökər canişinin sarayına gəlib xahiş etdi ki, onların bir əsr yaşı olan hüquqlarına toxunmasınlar, imtiyazlarını ləğv etməsinlər. Təəccüblənmiş canişin soruşdu:- Bu gözlənilməz xahişin səbəbi nədir?
--Köləlik bizim müqəddəs hüququmuzdur,- azad edilmiş adamlar bir ağızdan etirazlarını bildirdilər.
 Nə mənada?canişin bir də soruşdu.
Bir çoxumuzun əsil-nəcabəti zadəgandır,aramızda bəziləri ruhanidir. Çar öz zadəganlarının hüquqlarına hörmət etməlidir. Komissiyanın topladığı materiallar heyrətamiz faktları üzə çıxardış Evlərdə işləyən nökərlər həqiqətən keçmiş kübar nəsildən idilər. Bir çox illər əvvəl müflisləşən kübar ailənin üzvu öz azadlığını knyazlara satırdı.
 Dəbdəbəli mundirlərdə dəstə ilə yığışıb gəlmiş bu qullar qəti etiraz etdilər. Amma onların ağalarıdiz üstə əyilib canişinə təzim etdilər, dedilər ki, onlar çarın qanunlarına tabedirlər. və bu gündən qullarını azaed hesab edirlər. Bunu eşidən qullar təlaş içində vəlvələyə düşdülər. Nökərlər azad olundu, amma hökümətdən bir illik təzminat aldılar ki, yeni ailələrinə və yaşayış şəraitinə öyrəşənə qədər dolana bilsinlər. (Qafqazın 12 sirri)