26 Temmuz 2018 Perşembe

Sufilik




Tasavvuf mövzusunda yazan oryantalistlərdən Nikolson, Əl Cami kimi düşünərək sufi ləfizinin ilk dəfə Kufəli Ebu Haşim əs-Sufi üçün istifadə edildiyini göstərməkdədir. Amma məşhur Fransız oryantalist Massignon, bundan fərqli düşünərək belə yazırdı:
“Sufi sözü, ilk dəfəmiladi VIII əsrin ikinci yarısında qaynaqlarda keçməkdədir. Bu ad,öncə Cabir ibn Hayyana aid edilmi.dir/Bilindiyi kimi Cabir ibn Hayyan, Kufə xalqınddan şiə bir kimyagərdi. Zühd mövzusunda onun və Əbu Haşim əl-Kufinin özəl bir məhzəbi vardı.
Amma İsgəndəriyyədə meydana gələn bir hadisənin xəbərində hicri189 və miladi 814 ilində ortaya çıxan sufilər şəklindəki çoxul isim, o zamana qədər Kufədə ortaya çıxan və şiə sayılan islami tasavvufun məzhəblərindən birini ifadə edirdi. Abduk əs-Sufi, bu məzhəbin son imamı idi.İmamətin vərasət və təyinlə olacağını söylərdi.Bu adam ət yeməzdi. Bağdadda hicri 210-cu illərdə ölmüşdür. Sufi III əsrdə məşhur olan bir kəlmədir.”
Rəsulullah, şübhəsiz hər kəsdən daha çox dünya bəzəyinə qarşı idi. Əshabı da onun sünnəti yolunda idilər. Dünyada Allahın mübah qıldığı şeyləri alır və yasaqladığı şeylərdən qaçardılar. Rəsulullah yemək tapdığı zaman yemiş və şükr etmiş, yemək olmadığı zaman da səbr etmişdir. Ağ geyim geyməyi sevmiş, Bizans malı bir cübbə qazanmışdır. Malın 1\3-dən artığını tasadduk etməyi yasaqlamışdır. Cana əziyyət etməni yasaqlamışdır.
Hinduizmi, Buddizmi, yunan və yeni Platonçuluk fəlsəfəsini islam anlayışına soxmaq üçün bir yol tapdılar.İslamın təməllərini yıxmaq, Rəsulullahın qanunlarını pozmaq, şəriəti nəsh edib inanc təməllərini sapdırmaq üçün vəhdəti-vucud, dinlərin birliyi, peyğəmbərliyin sürdürülməsi, vəlilərin peyğəmbərlərdən üstün tutulması, şəriət və həqiqət ayrımının yapılması, kəramət və qeyri-adi hadisələr adı altında xurafə,mifoloji və batil şeylərin təbliğ edilməsi üçün geniş bir qapı kimi istifadə etdilər.
İbn el Cevzi, “Telbisu iblis” kitabında bu barədə belə yazır: Rəsulullah zamanında nisbət, imana və islama yapılırdı.Musəlman, mömin deyilirdi.Ondan sonra zahid və abid adı çıxdı.
Xristiyan qaynağ: İbrahim ibn Ədhəmlə başlayaq.Təsəvvüfün ilk təmsilçilərindən və birinci təbəqədəndir.Təsəvvüf kitablarının çoxu onun adını anaraq başlamaqda və adının keçmədiyi təsəvvüf kitabı demək olar ki, yoxdur.
Onun haqqında belə yazırlar: Hökümdar oğlu və Bəlx şəhərində hökmdardır.Gözəl bir qadınla evlənmiş, bir oğlu dünyaya gəlmişdir. Amma qeybdən gələn səslə yaxud guya Xızırın sözü ilə hökümdarlığı , qadın və uşaqlarını tərk etmişdir. İslamın tapşırıqlarına və Rəsulullahın əshabının həyatına əks olaraq Buddanın hökümdarlığı, qarısını və uşağını tərk etdiyi kimi tərk etmiş və onun yolunu izləmişdir.Bu etdiyinə Quranda, sünnətdə heç bir dəlil olmadığı halda, sufilər onu təqdis edər, yolundan gedilən bir bir misal kimi qəbul edərlər.Halbuki onun bu durumu Allahdan hər hansı bir dəlilə dayanmadığı halda, sapıq Buddizmdən başqa bir şey deyildir. Bu səbəbdən , məşhur oryantalist Goldziher, dunyanı boşayan və dərviş qılığı geyən, uzun riyazətiylə böyük sufilər dərəcəsinə yüksələn Bəlh əmiri İbrahim ibn Edhemin hekay’sinin ikinci əsirdə sufilərin Buddanın həyatına bənzədərək uydurduğlarını  qeyd etmişdir.İranlı araşdırmaçı Dr. Qasım Ğani, Goldziherin bu düşüncəsi haqqında belə şərh verir. “Goldziherin bu təsbiti doğru ola bilər. İki hekayə arasında diqqətləri çəkən bir bənzərlik vardır. Buda bir gerçəkdir ki, buddizm, İranın şərqində yəni Bəlx, Buxara və Mavərunnəhrdə islamdan təxminən min il öncə yayılmışdır. Orada məşhur tapınaq və monastrlar vardır. Bəlx şəhərindəki buddist ibadətgahlar çox məşhur idi.İslamın ilk əsrlərində Bəlx şəhəri və çevrəsi islami tasavvufun ən önəmli mərkəzlərindən biri olmuşdur.
  Sufilərin rahiblər kimi evlənməməsi: Məşhur tasavvuf kitablarında bu ifadəri qeyd edək: Ət Tusi və Attar, İbrahim ibn Ədhəmin bu sözlərini nəql etməkdədir: Sufi evlənəcək olarsa gəmiyə minmiş kimi olur.Uşağı dünyaya gələrsə dənizdə batmış kimi olur. Əs Suhrəvərdi də təsəvvüfdə ən məşhur kitablarından olan Avariful-Maarif kitabında Əbu Suleyman əd Daraninin “Əshabımızdan evlənib dəmərtəbəsi üzərində səbat edən kimsə görmədim”sözünü nəql edər.
   Başqa bir sufi,Huzeyfetul Maraşinin bele dediyi neql edilir: Fitne baximindan boynunun vurulmasi ile qadinla evlenme arasinda kişinin tercih yapmasi istense boynunun vurulmasini,qadinla evlenmeye tercih eder.Et Tusteri ise bele deyir.Qadin,aciq ve gizli olaraq kişinin düşmenidir.Sevdiyini aciqlasada,gizlesede onu helak etmis olur.Allah onlari fitne yapmisdir.diger sufi :Evlenen kiši evine dunyani soxmuşdur,evlenmekden çekinin”. Əş-Şarani də öncəki sufilərdən Rabah ibn Amr  əl Kaysidən bunu nəql etməkdədir:” Arvadını dul kimi, uşaqlarını yetim etmədikcə və itlərin yuvalarında yaşamadıqca kişi, sadiqlərin dərəcələrinə çatmaz”. Belə siyahını uzada bilərik.Burada Buxari və Muslimdə keçən hədisi xatırlamaq yerinə düşər. Rəsulullah evlənməkdən üz çevirənləri sakındırmakta və belə buyurmaqdadır: Rəsulullahın əshabından bir qrup onun gecə ibadətini soruşdular. Necə ibadət etdiyi onlara anlatıldı.Bunun üzərinə onlardan biri “artıq ət yeməm.”dedi.Biridə evlənmərəm dedi. Biri “yataqda yatmmaram” dedi. Biri də davamlı oruc tutaram” dedi.Durumları peyğəmbərə çatdı.Peyğəmbər belə buyurdu:Bəzilərinə nə olur ki, belə danışırlar!Halbuki, mən oruc tutaram və iftar edərəm, namaz qılar və yataram, qadınlarla da evlənirəm. Sünnətimdən üz çevirən məndən deyildir”.
İncildə isə evlənməməyə təşviq edən bir çox ayətlər vardır. Xristiyanlığın elçisi, Korintos xalqına belə müraciət edir: Yazdığınız məsələlərə gəlincə. kişinin qadına toxunmaması daha yaxşıdır.Subay və dul olanlara mənim kimi qalmalarının daha yaxşı lduğunu söyləyirəm.” Kasıblıq və dünyadan nifrət. xristiyanlığın təlimlərindən biridir. Peyğəmbərin sünnətinə gəlincə xristiyanlıqdakı “sənə uymaq istəyirəm” deyən kişilərə “malını sat və mənə tabe ol”dediyi vaxt olmamışdır. Vida xütbəsində onu ziyarət edən Rəsulullaha malının üçdə ikisini, bir rəvayətdə isə hamısını sədəqə vermək istəyən Sad ibn Vaqqasa Rəsulullahın övladına nə buraxdığı soruşduğu və üçdə birini söyləməsi üzərinə, Rəsulullahın ona “uşaqlarını zəngin buraxman, insanlardan dilənən bir kasıb buraxmaqdan daha yaxşıdır.”dediyini görürük. Kab ibn Maliki də malının hamısını sədəqə verməyə icazə verməmişdir. Enes üçün belə dua etmişdir:”Allahım, malını və övladlarını çoxalt. Peyğəmbərin: Allahım yoxsulluqdan sənə sığınıram” dediyi halda sufilər, yoxsulluğu tasavvufun təməli halına gətirmiş, tasavvufu onun üzərində qurmuşdular. Sufilərdən İmaduddin əl-Əməvi, “Hayatul-Kulub” adlı kitabında adamın biri üzərində bir, asqıda da bir köynəyi olan və zühddən söz edən bir sufinin yanına getmiş və ona “iki köynəyin olduğu halda zühddən dəm vurmaqdan utanmırsan! dediyini qeyd etmişdir..Əs Suhrəvərdi, ət Tusi və Əl Kuşeyri, əs Sakatinin belə dediyini nəql edər: Sənin kimsəyə verəcəyin heç bir şeyin olmamalıdır.”Əbu Talıb əl Məkki, Sufyanın belə dediyini nəql edər: oruclu kişi günün əvvəlində axşam yeməyini düşünərsə bir günah qazanməış olur. Von Kromer, tasavvuf zühdünün xristiyan zühdü təsiri ilə ortaya çıxdığını  söyləməkdədir. Zahid çempiyonlugu ugrunda zahidler arasinda boyuk bir reqabet var idi.Bu Reqabeti Abbe Duchesne bele anlatir.:İsgenderiyeli Makarious,zuhd emellerinden ne duyarsa daha fazlasini yapardi.Basqa bir rahib,böyuk oruc zamaninda bişmiş yemekmi yememis, o 7 il yemezdi.Rahiblerden biri özunu yatmamaqla cezalandirmis,Makarious,iyirmi gece ust uste yatmamaqcin can çekismis.Uzun bir oruc boyunca gece gunduz heftede bir defe yemek yemiş,yediyide ancaq kelem yarpagi olmusdur.bir bataqliqda 6 ay yatib qalmisdır.
Sufilər yun paltar geyməyidə  xristiyanlıqdan götürmüşdülər. Əs Suhrəvərdi də yun geyinmənin, hz. İsanın  geyimi olduğunu söyləyərək belə yazardı: Həzrəti İsa yun geyərdi.
 Peyğəmbərlərin gətirdiklərinə iman Allahın bizə əmr etdiyi və inandıq deməmizi istədiyi bir şeydir. Müsəlmanlar bütün peyğəmbərlərə və onlara verilənlərə inanmanın fərz olduğunda ittifak etmişdilər. Bir tək peyğəmbəri qəbul etməyən kişinin kafir olduğu, hər hansı bir peyğəmbərə söyən kişinin öldürülməsinin vacib olduğunda alimlər ittifaq etmişdilər. Amma istər vəli, istər həkim,istər alim və istərsə imam olaraq adlandırılsın, peyğəmbərlərdən başqa heç bir insan belə deyildir. Peyğəmbərlərdən başqa, hər hansi bir kimsəni məsum görüb bütün söylədiklərinə itaət etmənin vacib olduğunu söyləyən kişi, peyğəmbər deməsə belə, o kişiyə peyğəmbərin özəlliyini vermiş olur.
Şiələrdən başqa Sufilərdən aşırılığa varan bir çox kişi öz şeyxləri haqqında , şeyxin mahfuz(Allah tərəfindən qorunmuş)olduğunu söyləməkdə və şeyxin bütün  söylədiklərinə tabe olmanın, heç bir şəkildə müxalifət etmənin caiz olmadığına inanmaqdadırlar.Sufi ibn Arabi bele deyer:.Ele denizlere girdik ki,peygemberler onlarin sahillerinde qalmisdir.Ey peygemberler toplulugu,size leqeb verilmisdir,ama size verilmeyenler bize verilmisdir.El Bistaminin bele dediyini neql ederler:Allaha yemin olsun ki,sancaqim Muhammedin sancaqindan boyukdur.Sancaqim nurdan olub altinda cin ve insanlar vardir ve hamisida peygemberlerdendir.
Zinnun ibn İbrahim el İhmimi el Misri kimya elminde Cabir ibn Hayyanin zumresindendir.kimyaci Cabir ibn Hayyan ilk sufi adlanan şexslerdendir.Nikolson bunlari yazmaqdadir:Antik Misir,muselmanlarin nezerinde kimya,sihir ve sirler aleminin beşiyi idi.Zinnun kimya ve sehirle uğraşirdi.Bunlarida keramet maskasiyla gizletmisdi.Tesevvufda sehirin etkisi buradan baslamisdir.