1 Ekim 2017 Pazar

Qızıldərililər

Tədqiqatçılara görə Kolumbun Amerkaya ayaq basdığı tarixdə buranın 30-50 milyon əhalisi vardı.  Az deyənlər isə bu rəqəmi 10 milyon ilə sınırlandırır.
 Kolumbun gündəliyində Amerikanın yerlilərindən heyranlıqla  bəhs edilir: Dünyada onlardan şirin dilli insanlar yoxdur, hər zaman gülürlər. Son dərəcə dürüst, əliaçıq insanlar. Nə istəsən verirlər. Başqalarını özlərindən artıq sevirlər. Onlardan yaxşı xidmətçi çıxar. Əlli nəfərlik dəstə ilə onları asanlıqla tabe edə bilərik. Nə istərsək edərlər.
 Bartolamey de Las Kasas yerli xalqa xristiyanlığı təbliğ etmək üçün Amerikaya gedən bir papazdır. Qızıldərililərin haqlarını qorumuş, onların lehinə qərarlar çıxarda bilmişdir. Onun qeydləri faciənin boyutunu bizə göstərir.
  Qızıldərililərin yardımı olmasaydı Avropalılar burada yerləşə bilməzdilər. Morqan yazır ki, qızıldərililər ingilisləri yalnız buraxmaqla onların işini bitirə bilərdilər. Amma onlar bunu etmədilər və qədərlərini yazmış oldular.
  Dominikan keşişlərinin yazdığı bir qeyddə İspaniya əsgərlərinin südəmər uşaqı olan hindu qadının körpəsini əlindən alıb köpəklərə atması yazılır. Məhkumlar arasında yeni doğum yapan qadının körpəsi ağlarsa onu alıb daşlara çırpardılar.
  Qaçan qızıldərililərin arxasıyca ov itləri salınırdı. Oradaca parçalanırdılar.
    Vali Vilyam Bradford bir çox qızıldərilinin çiçək xəstəliyindən acınacaqlı şəkildə öldüyünü yazır. Narraqansetler və Vampaonaglar kimi qəbilələr 1675-76-cı illərdə Kral Flipp muharibəsi kimi bilinən savaşda öldürüldülər.
 İspaniyalılar təlim görmüş köpəklərlə qızıldərili kəndinə girdilər. Qaça bilməyən xəstə bir qadın köpəklərdən qurtulmaq üçün özünü iplə tavana bağladı, uşağınıda ayağına bağladı, ancaq köpəklər uşaqı parçaladılar.
  Yerliləri evlərə həbs edib onları diri diri yandırırdılar. Sırf zövq üçün əlləri, burunları, qulaqları kəsilirdi. Bir dəfəyə qızıldərilinin başını kəsə bilərəm deyib şərt kəsirdilər. Ov köpəklərinin ac olduğunu düşününcə qızıldərili uşaqlarını parçalayıb köpəklərə yedirdirdilər.
  Qızıldərili uyğarlıqlarını dağıdan faciənin bir səbəbi bilmədikləri şeylər deyil, bildikləri və ya bildiklərini sandıqları şeylərdi. Günəş tanrısı və ya onun oğlu, o ağ saqqalı, ağ tənli övliya bir zaman rahibləri olmuş, sonra da günəşin batdığı yerə getmiş yenə gələcəm demişdi. Azteklərin 52 il dönemli esr inanclarına görə her yeni gelen il ya felaket getirer ya da müjdeyle geler. 1519 belə bir dönəm idi. Meksikanin şerqinden evliyalarin geri geldiyi xeberi gelmişdi. Həm də gah 4 ayaqli heyvana gah da iki ayaqlı insana bənzədiyi söylənilirdi. Yəni ata minib düşürdülər. Astek imperatoru Moktezuma özünü günəş soyundan bilirdi. Əqrabalarına hörmət göstərilməsini əmr etdi.
 Hernan Kortez Meksikani belece feth etdi.
  Kolumbun Amerkaya ayaq basmasindan keçən 150 il ərzində ölən qızıldərililərin sayı iki dünya savaşında qətl edilənlərin sayından çoxdur. Orta və Cənubi Amerkada 15 milyon oldular.16-cı yüzillikdəki sayları 5o milyon olduğunu nəzərə alsaq əgər o soyqırım olmasaydı sayları bir neçə 100 milyon olmalıydı.
  Türklər və Qızıldərililər:
 Dumezil inkaların keçua dilindən bəzi kəlmələri türkcəylə qarşılaşdrmışdır. 
 Tuka (Keçuaca) tükürmək (türkcə)
 Paku --- Bak                         kayık--Cənubi  Amerikada kayak  (Qayıq yəni)
Khapao-- Kaba                       Ak kapı-----Ak Kapana (İnk saray qapısı)
İpa---apa, aba (türkcə)abla mənasında     cəhənnəm qədim türkcədə tamu---qızıldərililərdə Tano
Ku---ko, koymak                                    ata----əcdad, ata(ink imperatoru Ata-Hulpa)
Kaşa (qış gecəsi donu)--kış (türkcə)     kun---gün
Kuli( kül)-----kül (türkcə)          Hun------on (10)
Kalı---kalın                    it--- (asteklərin tüksüz köpəyi) it zcu intli
Karvin-karın                  kis-kız
kasa--kes(mek)             mi?---------türkcə mi
Tavğa--tağ,dağ
Takhıla-tağıl, dağılma
Khipu--ip             la(şəkilçi)-------la
Çur---Dur             tak---ta ki(türkcə)
as---az
  Çuvaş türkcəsində sayları keçua dilindəki saylarla muqayisə etmişdilər. Çuvaşca taval (4)--keçua dilində tava, ulta (6)- keçua dilində halta və s. Monqollarda 4 rəqəmi istisna olmaqla qalan saylar türk dillərində yoxdu. Nigen, goyar, Hurban, Dörben, Tabun, Jirhuhan monqol rəqəmləridi. Gördüyünüz kimi 4-dən başqa heç biri türk dillərinə uyğun gəlmir.
                                                    *******************************************************
 Vaşinqtonda 1875-ci ildə bir komissiya quraraq görüş yeri olan Ağ dərəyə getdilər. Bu heyət hər zamanki kimi yerlilərə şamanizmi tərk edib xristiyanlığa dəvət edən bir papazdan, bir general və tacirdən ibarət idi. Gündəmdə Qaratəpənin yerlilərdən alınması məsələsi var idi. Ən uzaq Sioux qəbilələrinə xəbər salındı. Böyük Şaman və Şef Oturan Buğa xəbərçiə belə cavab verdi: Ged və söylə ki, satılacaq tək bir torpağımız yox, əyilib yerdən bir ovuc torpaq alıb sovuran şaman əlavə etdi: Bu qədər belə yoxdu. Amerikalılar Qaratəpə üçün Siouxlara 6 milyon dollar təklif edirdilər. Oysa Qaratəpədə tək bir mədən 500 milyon dollar gəlir verirdi. Sonuc olaraq aralarında savaş çıxır. Qızıldərililər ilk başda zəfər qazansalarda nəticə olaraq təbii ki, ingilislər qazandı











1 yorum:

  1. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234(815) 542-5481)
    Bloomington, MN

    YanıtlaSil