21 Temmuz 2017 Cuma

Fələstin

 Tarixdə Fələstin adını ilk dəfə çəkən yazar tarixin atası sayılan Heredotdur. Bu ölkəyə " Suria paleatina" adını vermişdir. Ayrıca aşağı Suriya adıyla da bilinir. Tövratin 'Çıxış" kitabinda da Musanı n Fələstin adını çəkdiyini bilirik: Fələstin xalqı dəhsətə düşəcək.
  Bəzi tarixçilər Fələstin adının "çobanın ölkəsi" anlamına gələn qədim suryanicə "Palishan" kəlməsindən törədiyini düsünməktədirlər.
 Araşdırmaçıların çox hissəsi Fələstin adını dəniz kənarında yaşayan Hind-Avropa Fələstinlilərdən aldığı mövzusunda həm fikirdirlər.
  Fələstin ingilis mandati dövründən 27000 kvadrat km-lik torpaq parçasıdır.
  Fələstin torpağları tarixin heç bir dönəmində işğalçıların hədəfi olmağdan qurtulmamışdı. Çünki, Amerkanın, Avstraliyanın ve Yeni Zealandiyanın kəşfindən öncə  XV yüz illiyin sonlarına qədər 3 qitənin yəni bütün dünyanın buluşma ve yol ayrımı nöktəsi bu torpaqlardı.
  Araştırmaçılarçın ən çətin məsələ, tarix boyu Fələstində yerləşən əhalinin kimliyi ve sayı xüsusunda bir qərar verməkdir.
  Sami dilində danışan tayfaların Fələstinə öz möhürlərini vurması aksiyomadi.
 Miladdan öncə III minillikdən etibarən Fələstini yurd edən Amorilər, burada şəhərlər və qalalar tikmiş, Fələstinə, Suriyaya ve Iraqa  siyasi və əsgəri yöndən hakim olmuşlar. Amorilərin paytaxtı Mari gözəl qadınları ilə məşhur idi.
 Fələstində Amorilərlə birlikdə  və ya onlardan sonra Sami Kənanlılar yaşadılar. Yəqin ki, Kənanlı köç dalğası daha güclü oldu ki, bölgə onların adıyla Kənan eli adlanmağa başladı.
  Daha sonra Hiksosların  bəlli bir sürə Suriya ve Misir torpağlarındakı hakimiyyəti sırasında  Hurrilər, Habirular və Hetlər buraya yerləşmiş, sonra köçüb getmişdilər. Ardıyca, m. öncə II minilliyin ortalarında Sami Aramilər tarix səhnəsinə çıxaraq, kütləvi şəkildə Fərat, Dəməşq, Havran ve Bəka vadisinə yerləşdilər.
  Ibranilerin Kənan elinin( Finikiya) qapılarını döyməyə başladığı dönəmlərdə, yəni eradan əvvəl XIII  yüz illiyin sonlarında Hind-Avropalı bir xalq Kənan ölkəsinin sahillərinə hücum edərək Yafa ile Qazze arasında qalan 40 mil uzunluğundakı ərazidə yerləşdilər. Bunlar, daha sonra bütün Fələstinə adlarını verəcək Fələstinlilər idi.
   Geniş yayılmış görüşə görə  əsil ölkələri Krit və Ege adaları olan Filistlər, məmləkətlərinin  zəlzələ və Afrikadan gələn köç dalğasıyla xaraba halına dönməsindən sonra bəzən quru yoluyla Kiçik Asiyanı keçərək, bəzən də dəniz yoluyla  Suriyaya gəlib Fələstin sahillərində məskunlaşmışdılar.
 Hər nə qədər ərəblər qədim dövrlərdə Fələstin əhalisinin formalaşmasına  böyük ölçüdə təsir etməmişdilərsə də, önəmli bir nüfusları vardi və güney tərəfdən Fələstin sərhədlərinə soxulmuşdular. Miladdan öncə  VI yüz illikden etibarən  irəliləyərək  Sinanın şimal şərq hissəsində ərəb Nabat dövlətini qurmuşlar və paytaxtları Petra Romalılar dönəmində  yüksək mədəni səviyyəyə çatmışdır.
  Erəb yarımadasına  ərəb torpaqları deyilməyə başladıqdan  sonra Ürdünün şərqindəki torpaqların hamısına bu ad verilmiş və Romalılar gəlincə Ürdünün şərqinə rəsmən Erəb yurdu adı verilmişdir. Islami fəthlərdən sonra Fələstin ve digər ərəb bölgələri ərəb kimliyinə büründü. Ürdün çayının hər iki sahilinə yayılmış Fələstin əhalisi şəhərlisi, kəndlisi, səhrada yaşayanı ilə birgə əslən ərəb qəbilələrinə mənsub olması ilə öyünürlər.
  Akka, Hayfa, Nasira ve ayrıca əl-Cəlil metropoliti Matran Gregorius Haccarin Ingiltərə hökümətinin ərəb üsyanının səbəblərini araşdırmaq üçün 1937-də Fələstinə göndərdiyi Kraliyyət Komissiyasına söylədiyi bu sözlərə qulaq verək.
 Fələstinli  ərəblərin bu ölkəni yəhudilərdən minlərcə il öncə  vətən edən əsil Fələstin yerlilərinin  soyundan gəldiklərini unutmayın. Yəhudilər onları qovmağı bacarmadılar və ölkə bu zamana qədər onların adıyla qaldı. Yəhudilər  ölkənin ancaq bir qismini bir neçə əsr əllərində saxlıya bildilər. Sonra Fələstində xristiyanlıq ortaya çıxdı.Səmavi kitablara görə onların hamısı, yəhudilərin isə bir qismi xristiyan oldu. Xristiyanlığın təqib edilməsinə baxmayaraq Fələstin xristiyanlaşdı. Ardıyca, islami fəthlər başladı. Islam Isani ucaldirdi. Xristiyanların böyük hissəsi xristiyanlığı qəbul etdi və ərəbcə bütün ölkəyə yayıldı.
 Islami ərəb fəthlərinin nəticələrindən biri fəth etdikləri ölkələrin xalqlarıyla qarışıb onları ərəbləşdirmələri oldu.

Hiç yorum yok:

Yorum Gönder