23 Temmuz 2017 Pazar

Udinlər

Azərbaycanın avtoxtonları içərisində mənşəyi və tarixilə, dili və mədəniyyəti ilə diqqəti cəlb edən kiçik etnoslarrdan biridə Udinlərdir.
 Elm aləminin udinlərə marağı ilk dəfə XIX əsrin birinci otuz  illiyində Zaqafqaziyanın rus imperiyası tərəfindən işğalından sonra baş vermişdir. Buna səbəb o olmuşdur ki, udinləri uqro-fin xalqı olan udmurtlarla, həmçinin guya Qafqaza Uzaq Şərqdən köçüb gəlmiş udegeylərlə qohum olduğunu zənn edirdilər. Udinlər haqqında ilk ciddi tədqiqat 1835-ci ildə udin dili lüğətinin əsasını qoyan A.M. Şaqrenə məxsusdur. 1834-35 ci illərdə E. İ. Eyxvald  udinlər və onların dili barədə orijinal məlumatlar dərc etdirmişdir. Lakin o, hesab edirdi ki, onlar fin- uqor tayfasındandır və Qafqaza şimaldan gəlmişdilər. O udinləri adlarındakı oxşarlığa görə udmurtlarla  eyniləşdirirdi. Lakin artıq XIX əsrin ortalarında Şifner belə nəticəyə gəlir ki, udin dili Dağıstandakı dağlıların dili ilə qohumdur və Azərbaycan türkcəsinin güclü təsirinə məruz qalmışdır.
  XIX əsrin ortalarında  Qafqaza və Azərbaycana səyahət edən A. Duma da udilərə maraq göstərmişdir. Müəllif qeydlərində göstərir ki, udilərdən söhbət düşdü. Siz məndən soruşa bilərsiz ki, axı bu udilər kimlərdir? A. Düma  bu suala cavab olaraq yazır ki, elə mən özüm də bunu bilmək istərdim. Müəllif sonra oxucuya məlumat verərək göstərir ki, udinlər Qafqazda yaşayan tayfalardır. Lakin bu dildə danışan adamlar çox azdır. Onlar heç kimin başa düşmədiyi, heç bir dilə uyğunluğu olmayan bir dildə danışırlar. Tək halda onlara udi, cəm halda isə onlara udyox deyirlər. Udilərin sayı 3 minə yaxın olar. Bu tayfa iki kənddə yaşayır. Bunlardan biri Nuxanın 40 kilometrliyində yerləşən Vartaşen kəndidir. İkincisi isə Vartaşenin 30 km-də Şamaxı istiqamətindədir.
     Xatirələrdən daha sonra məlum olur ki, yazıçı Georgi Bejanov adlı bir udinlə tanış olmuş, ondan müxtəlif əşyaların adını  soruşub öz dəftərinə yazmışdır. Yazıçı qeyde edir ki, mən sözlərin tələffüzünü yazdım. Allaha- bixaçux, çörəyə-şum, suya- xe, torpağa-qul, ulduza- xabum, günəşə- bex, aya isə xaş deyirlər, onlarda səma sözu yoxdur. Ona görə də Azərbaycan türkcəsindəki göy sözünü işlədirlər. Müəllif sözünə davam edərək yazır ki, udinlərdə kişi-işqar, qadın - çuşbux, kişilər sözü "adamlar", qadınlar sözü isə "çebux" şəklində işlənir.
 Udin dili akademik Şifner tərəfindən tədqiq edilmişdir. O yazırdı ki, bu dil daha çox kuri( ləzgi) dilinə yaxınlaşır, lakin tatar dilinin güclü təsirinə məruz qalmış, həmçinin çoxlu erməni sözlərini mənimsəmişdir. Vartaşen və Nic udinləri  pravoslav və erməni  Qriqoryan kilsələrinə mənsubdurlar.
  XIX əsrin sonuna yaxın A. V. Starçevskinin  "Qafqaz Dilmancı" kitabında udin dilinin sözləri, cümlələri və udi dilinin qısa qrammatik oçerki verilir.
   Udinlər barədə tarixi məlumatlar 2500 illik dövrü əhatə edir və buna müxtəlif yazılı abidələrdə rast gəlmək olur. E. ə. III  minillikdə Kuti dövlət qurumunun udilər olduğu guman edilir. E.ə VIII əsr Urartu mixi yazılı mətnlərində udurların da adı çəkilir ki, bunların da həmçinin udilər olduğu  fərz edilir.
  Udinlər barədə daha ətraflı məlumatlar mənşəcə udi olub, VIII əsrdə yaşamış Moisey Kalankaytuklunun " Albanların tarixi" əsərində verilir. O, özü də 26 alban tayfasının mifik banisi Aran barədə xəbər verir. Onun ( Aranın) oğlundan Uti, Girdman, Savdi, Qarqar knyazlıqları törəmişdir. Bunuda əlavə edək ki, Kürlə Araz çayları arasında alban tayfalarının məskunlaşdığı torpaqların adı da Aran adındandır. Aran toponimi, ola bilsin ki, Midiya dövrünə (VIII-VI)  aiddir. Ərazi adı kimi eramızın III-cü əsrində I Sasani  şahənşah Şapurun yazısında qeyd olunmuşdur. Özü də Qafqaz Albaniyasının bütün torpaqları, yəni iki çay arasından kənardakı torpaqlar: Şimali Azərbaycan, habelə Cənubi Dağıstan və Gürcüstana və Ermənistana birləşən vilayətlər də Aran adlanır. Zaxariya Ritorun VI əsr " Salnaməsi"ndə deyilir: "Aran - öz dili olan ərazidir: onların çarı vardır.
  Arsax toponimini udi dilinin normaları ilə izah etmək olar. Belə ki, udi  dilində arsax  " yaylaq, yay düşərgəsi", "əyləşən yer, məskən"mənalarını bildirir. Söz "ars"- "əyləş" anlayışından törəmədir - "arsesun"- "əyləş" felinin əmr formasıdır, buradan da "oturaq", "oturaq həyat tərzi keçirən adamlar" deməkdir. "Ax" isə udi toponimiyası üçün xarakterik olan, Muxax, Ardax, Karpax, Cimcimax toponimlərində  təsbit edilmiş cəm halını bildirən  şəkilçidir.
 (Ardı var)


Hiç yorum yok:

Yorum Gönder