5 Temmuz 2017 Çarşamba

Səfəvilər: Kürd Yoxsa Ərəb

Səfəvilərin mənşəyinə aid tarixşunaslıqda müxtəlif fikirlər səslənir. Hətta türk olduğunu iddia edənlər Səfəvilərin bostanına daş atanları milli şüur yoxsulluqunda ittiham edirlər. Əvvəcə Səfəvilərin özündə milli şüuru axtarmaq lazımdı. Sonra kimisə milli şüursuzluqda ittiham etmək olar. Bir neçə əsr sonra İŞİD-də milli şüur axtaranlar nə qədər doğru olacaqsa bu gün Səfəvilərdə də mili şüur axtaranlar o qədər doğrudur.
 Münəccimbaşı "Sahayif-ül-Ahbar" adlı əsərində Səfəvilərin soyu İmam Musa Kazıma dayandırılır.
Səfəvil\ərin mənşəyi haqqında ən etibarlı mənbə İbn Bəzzazın Səfvətüs Səfa əsaridir. İbn Bəzzaz şeyx Sədrəddinin mürüdlərindən biri olub onun sifarişi ilə 1358-ci ildə bu kitabı tamamlamışdı
indi gəlin bu kitabın 70ci səyfəsində müqəddəs şeyxin nəsəbi fəslinə nəzər salaq. Nəticə çıxarmağıda sizin öhdənizə buraxırıq
Şeyx Səfiəddin " Əbu Əl Fəth" İshaq ibn şeyx Aminəddin Cəbrayil ibn əs Salah ibn Qutbəddin Əbubəkr ibn Səlahəddin Rəşid ibn Məhəmməd əl Hafiz ibn Evaz ibn Piruz əl Kurdi Səncani "qızılı papaqlı Firuz şah" ibn Məhəmməd Şərəfşah ibn Məhəmməd ibn Həsən ibn Məhəmməd ibn İbrahim ibn Cəfər ibn Məhəmməd İsmayıl ibn Məhəmməd ibn Əhməd Ərəbi ibn Abu Məhəmməd əl Qasım ibn Əbulqasım Həmzə ibn imam Musa el Kazım ibn imam Cəfər Sadiq ibn İmam Məhəmməd Baqir ibn İmam Zeynalabdin Əli ibn imam seyidəs şühəda ibn Abdullahil Huseyn ibn Əmirəlmöminin ibn Abu Talib
Gördüyünüz kimi bu şəcərənin içərisində siz həm ərəb həm də kürd sözlərinə rast gəldiz. Qeyd edək ki, sonrakı dönəmlərdə Əbubəkiri Qütbəddinin qarşısından silmişdilər.
İndi isə kitabda keçən hekayələrə nəzər salaq
Hekayət:. Şeyx Sədrəddin buyurduki, muqəddəs şeyx deyirdi ki, bizim nəslimiz seyiddir, lakin sual vermədimki,ələvi yoxsa şərifsiz, bu şübhəli qaldi.
Hekayət: Seyid Haşım ibn seyid Həsənəl Molk Təbriz alimlərinin hüzurunda dedi ki, müqəddəs şeyx buyurdu ki, mən seyidəm, mən növbəti dəfə Təbrizə gedəndə onda gəncliyimin çiçəklənən vaxtında idim.Bir ağsaqqalı şəxs içəri girdi. Şeyx onu saymadi, sual verdilərki, şeyx bu cavana həddindən artıq ehtiram göstərdin, bu qocanı isə heç saymadın. Şeyx buyurduki, bu cavan mənim həm qonağımdır həmdə qohumumdur (seyyid olduğuyçun) mən şeyxə baxdım və soruşdum; şeyx seyiddir ve elevidir?buyurduki,bəli seyidəm,lakin soruşmadımki, Həsən yaxud Huseynin nəslindəndir
Fikir edirdim ki,niyə şeyxdən Həsəndən ya Hüseyndən olduğunu soruşmadım, 40 gün ishal xəstəliyinə tutuldum, müalicə fayda etmədi. 40 gündən sonra şeyxi yuxuda gördüm.Mübarək barmağını qarnıma qoydu və mən bundan sonra şəfa tapdım
Mənə dedi ki,seyyid! Menim övladıma Sədrəddin demədiki,mən Huseyniyəm
Hekayət: Seyyid Zeynəddin nəql edirki, şeyxin başqa oğlu xacə Mohiyəddin anasının yanına getdi və dediki, mənim qohumlarımçın süfrə aç, anası dedi: Onlar seyyidlərdir, necə sənin qohumların olurlar? Şeyx cavab verdi, düz deyirsən ,onlar qohumum kimidirlər və bizim nəsəbimizdə seyyidlik var
Hekayət: Firuzun nəsəbi kürdlərə gedib çıxır,beləki, şeyxin övladlarından biri İbrahim Adhim bir kürd padşahı idi. Səncar tərəfdən gəlmişdi və Azərbaycanı tamamilə işğal etmişdi. Muğan nahiyəsi, Aran ,Alivan, Darbum əhalisi tamam kafir idilər. Burda islam dinini təbliğ etdilər və müsəlmanlığı gətirdilər/
Firuza bu bölgəni tutmaq müyəssər oldu. Erdəbil vilayəti ona tabe oldu və vergi verdi və bu Firuz qızılı papağı ilə məşhur idi.Böyük var dövlət sahibi idi.Çox həzz verici nitqi vardı.Gilan meşəsinin kənarında məqamı vardi.İxtiyar yaşına çatanda var dövlətinin qalanını kasıblara payladı. Sonra haqqa qovuşdu.
Onun yerine keçən oğlu Erdebilin kəndlerindən Esfernacan kəndinə köçdü və ölənə qədər orda qaldı
Ondan sonra onun övladı Məhəmməd Hafiz keçdi və 7 ildən sonra itgin düşür. Axtarışlar heç bir nəticə vermir və yasını saxlıyırlar. 7 ildən sonra qəflətən görürlər Məhəmməd innabı geyimlə evdə durub.Başında ağ çalma vardı və kəmərinə quran kəlamları yazılmışdı. Xalq onu gördükdə çox təəcübləndi və sevindi. İtməsinin səbəbin ona soruşduqda dediki,məni cinlər qaçırıb və bu 7 il müddətində mənə quran və vacib elmləri öyrətdilər.
Ondan sonra övladlarından Məhəmməd Səlahəddin Rəşid gəldi. İqamətgahı Kəlxuran kəndində idi.
Ondan sonra oğlu Qütbəddin gürcülərin hücumuna qədər Kəlxuranda idi.Gürcülərin hədəflərindən biri Ęrdəbil idi. Qətl,ölü soyanlıq və yağmalamayla məşğul oldular,bir neçə min müsəlmanı qətl etdilər.
Qeyd edəkki Səncar İraqın şəhərlərindən biridir. İbn Bətutənin səyahətnaməsində Səncar kürdlərin yaşadığı şəhər kimi zikr edilir
  İbn Bəzzaz Səfvətis-səfa əsərində Şeyx Sədrəddindən rəvayət edir ki,bir gün şeyx indi müqəddəs qəbir olan öz məqamında oturmuşdu,xoş söhbətlər edirdi.Qəfildən dövrunun böyüklərindən olan Alişah  içəri girdi. Ebu Səid padşah onu atası adlandırırdı.Şeyxi hayasizcasına kənara çəkib, Təbriz dilində dedi: "گو حریفر زاتہ " ( gu herifer jate) yəni sözünü qısa kəs,rəqibin gəldi.Bu sözləri deyərkən əlini şeyxin mübarək çiyninə vurdu və şeyxi qəzəbləndirdi
  Yuxarıda keçən ifadə kürdcədən tərcümə olunur. Sual meydana çıxır ki, kürdcənin heç bir əhəmiyyət daşımadığı dövrdə niyə kürdcə öyrənməyə və danışmağa ehtiyac duymuşdular. Cahanşahın vəqfnamələrində də bu sülalə  sünnü kürdlər adlandırılır.
Müasir dövr tarixçilərindən Faruk Sumer Səfəvilərin kürd olmasını iddia edir və bunları yazır: 
 " Həqiqətən xanədanın seyyidliklə heç bir əlaqəsi olmayıb Firuz şah adlı Sincarlı bir kürdün nəslindən gəlməsi şübhəsizdir. Təxmin etmək olar ki, Səfiyyədin İshakın atası Firuz şah, kürdlərin X əsrdə Azərbaycan və Arrana yayılması əsnasında Ərdəbilə  gəlmiş və şəhərin yaxınlığında yerləşmişdir.
  Ümümiyyətlə Osmanlı dövlətinin o dönəminə aid mənbələr Səfəvilərin Əli nəslindən olmasını qəbul etmirdilər. Onların bu xüsusda yalana əl atdığını bildirirlər.
  Yuxarıda qeyd etdiyimiz kimi, Firuz şah qızılı papağı ilə tanınırdı,ola bilsin ki, qızılbaşların qırmızı papağ qoymasıda buna əsasən seçilib.
  
   



BeğenDaha fazla ifade göster
Yor

Hiç yorum yok:

Yorum Gönder