18 Ağustos 2017 Cuma

Panərəbizm və Türklər

Bir hədisdə Türklərlə əlaqə qurmayın, əgər sizi sevərlərsə sizi yeyərlər, yox sevməzlərsə sizi gəbərdərlər. Hədis nə dərəcədə səhihdir bilmirik, amma bu tip hədislər ərəb millətçiliyinin qaynağı olmuşdur. Türklər həqiqətəndə istər Abbasilər xilafətində yüksək vəzifələrə gətirildikdən sonra, istərsə də Misirdə kölə kimi silahlı qüvvələri təşkil edəndən sonra yavaş yavaş hakimiyyəti əllərinə almışdılar.
 1957 ilində bir Suriyalı dövlət adamının; "Əgər monqollar XIII 
yüz İldə Bağdad kitabxanasını yandırmamış olsalardı, biz Ərəblər, elm və 
fəndə elə irəliləmiş olacaqdık ki, indiyə qədər çoxdan atom bom-
basını icad etmiş olacaqdıq. Bağdadın yağma və talan edilməsi bizi 
yüz il geri atmışdır" dediyini nəql edən bir yazar, bu görüşünə Türkləri də aid etmişir.

Qahirədə 1957 ildə toplanan bir elm qurultayında bəzi Ərəb elm

adamları və örnəyin Şeyh Muhammed al-Banna adındakı bir şəriətçi,

Kur'cın'in K. 41 Fussilət Surəsinin 53. ayətiylə, K. 55 Rahman Su-
rəsinin 33. ayətindəki hökümlərə dayanaraq bu hökümlərdə hidrogen
bombasının və planetlər arası uyduların sirrinin olduğu və əgər
Türklər gəlib də Ərəb ölkələrini istila etməmiş olsalardı Ərəblərin,
Ruslardan və Amerikalılardan öncə kosmosa adam göndərmə imkanını
əldə etmiş ola biləcəylərini irəli sürmüşdür.

Türkləri barbar olaraq təsvir edən Muhammed Abduh,

"Bu barbarların təsiri altındadır ki, İslamın intelektual tərəfi 

solmuş və pozulmuştur, çünki, bu barbarlar, İslamı sadəcə paltar kimi

əyinlərinə keçirmişlərdir, ancaq İslamın heç bir zərrəsi onların ruhuna
nüfuz etməmişdir" demişdir.

Ərəbin Osmanlı dövlətinə qarşı ayağlanmasında və Türk bo-

yunduruğundan qurtulmasında ən böyük rolu  Vah-

habîler oynamışdır. Vahhabî təsiri 19-cu yüz ilin başlarında ilk nəticələrini verməyə başlamışdı. Daha III Səlim  dönəmində, 1805

ilin də Əmir Muhamməd əl-Suûd, Məkkəni fəth etmiş və ilk iş olaraq 
camilərdə xutbələrin Padişah III. Səlim adına oxudulmasını dayandıraraq
öz adına oxutmağa başlamışdır. O tarixlərdə Bağdadda olan
Fransız Konsulu Jean Raymond, bu hadisə səbəbi ilə bu sətirləri yazar:
"... keçən gün bir Vahhabî tərəfdarı, peyğəmbər ədasıyla mənə bunları
söylədi: Xəlifəlik qoltuğuna bir ərəbin çıxdığını görəcəyimiz gün
yaxınlaşmaqdadır; xilafəti qəsb edənlərin (yəni Türklərin) boyunduruğu
altında yaşamağa lazımından artiq qatlandıq.
Qəribədir ki, xəlifəliyin ərəbdən qeyri xalqlara aid olmayacağı
düşüncəsini sadəcə ərəblər və xüsusilə Vahhabîlər deyil,
Abdülhamidin ilk taxta çıxışı tarixlərində İstanbulun başlıca ca-
milərinin baş imamları belə müdafiə etmişdilər və bu mövzuda görüş və fikir
birliyinə varmışlardı. Və şəriət qaynağlarında xəlifənin ərəb olması
Vacibliyini göstərən əsasları xalqa yaymışdılar.
Abdülhamid öz mənafeyinə uyğun olmadığı üçün 1890 ilində bu cür
yayınların ortadan qaldırılmasına qərar vermişdir.

Ərəbin TürkƏ qarşı bəslədyii nifrət 19. yüz illiyin ortalarında getdikcə artan bir şiddətlə gəlişməyə başlar. 1853 ilə 1858 illəri

arasında Fələstindəki İngilis konsulu James Finnin xatirələrindən bu

nifrətin dərəcəsini anlamaq mümkündür: "Ərəblər, Türklərdən dik-

sinir və nifrət edirlər. Bu nifrətin kökləri çox qədimlərə, Ərəbistan'ın Türk hegemonluğu altına girməsi tarixlərinə enməkdədir.
Düşmənlıklərinin və qısqanclıqlarının səbəbi özlərindən olmayan
bir irqin boyunduruğu altında olmalarını xatırlamalarıdır.
Ərəbə görə, ərəb irqindən birisinə aid olması vacib olan xəlifəlik
məqamının, Orta Asiyadan enmiş bir irqə, yəni Türklərə keçməsi dözüləcək bir şey deyildir. Ərəb, yüz illər boyunca sırf zor
altında Türk padişahına xəlifə olaraq boyun əymiş və milliyətçilik düşüncəsinin canlanması sonucu olaraq Türk xəlifəsinə qarşı üsyan yol-
larını axtarmışdılar. Türkü oğru, soyğuncu və xain kimi təsvir edərkən və Türk padişahına xan deyiminden lağ olaraq xana de-
yimini yaraşdırmışdı. (xana deyimi, ərəbcədə xəyanət edən, aldadan
anlamına gəlməktədir), Türkü xilafət məqamını oğurlayan irq
olarak tanıtmışdır. 

  Əli Seyid Əmir öz "Spiril of İslam" adlı kitabında belə yazır:
 İslama sonradan girmiş olan fars, türk, bərbərlərin özlərinə məxsus adətləri olması səbəbilə
islamda ağıla üstünlük vermək yasaqlanmış və dövlət anlayışı zərər görmüşdür. Çünki, farslar tarixləri boyunca uhrəvilik düşüncəsini hökmdarın şəxsiyyəti ilə qarışdırmışlar, moğollar, bərbərlər və türklər isə öz idarəçilərini Tanrıdan gəlmə olaraq görmüşlər. İslama girməklə bu adətlərindən qurtula bilməmişlər və öz hökmdarlarına Tanrıya tapar kimi tapmışlar. Yüz illər boyunca ərəbər onları bu alışqanlığdan xilas edə bilməmişdilər. Başqa misirli yazıçı Taha Huseyn türk işğallarına görə Tanrını günahlandırmaqda; "Əgər Allah bizi türk işğallarından qorumuş olsaydı, biz indi çox inkişaf etmiş olacaqdıq"
 Liitfi əl Həffaf Şamda nəşr etdirdiyi "Muhakkirat" adlı kitabında ərəblərin türklərlə əlaqə qurduqdan sonra hər cür inkişafdan qaldığı fikrini müdafiə edir.
  Ərəb dunyasının XX əsr miliyyətçi yazarlarından biri Raşid Rza öz kitabında xəlifəliyin türklərin əlinə keçməsi ilə islam və onun yaradıcısı olan ərəblərin geriləməyə başladığları və türklər qədər islama zərər vuran bir başqa xalq olmadığını göstərir.
 Öz geridə qalmışlığlarının səbəbini Türkə yükləyən və islamın türklər üzündən pozulduğunu söyləyən ərəb son 150 ildə bu gerilikdən qurtulmanın iki yolu olduğuna inanmışdır: İslamın özünə dönmək və ya Qərbə dönmək.
 İslamın özünə dönməklə ərəb uyğarlığının canlanmış olacağı görüşünün ilk müdafiəçiləri Vəhabilər və Əfqani tərədarları olmuşdur.
  Qərb uyğarlığının islam sayəsində mövcud olduğunu və Qərbə yönəlməklə islamın özünə dönmüş olacağını ilk müdafiə edənlər arasında  misirli Rifa Rafi ( əl- Tavabi) gəlir.
  XIX əsrin başlanğıcında Vəhabilər tərəfindən türkə qarşı istifadə edilən dinsizlik, islama yabançılıq silahı XX əsrdə daha güclü bir şəkildə ələ alınmışdır. 1917 cil il tarixində Misirdə yayınlanan əl Mokattani qəzetində bunlar yazılır: Biz möminlər, onları (Türk hökümətini) imansız tanıyırıq. Bunu qeyd edək ki, Yəmən və Suriyadakı valilər (türk paşaları) nə ibadət edərlər, nə oruc tutarlar, nə hacc ziyarətini yerinə yetirərlər və nə də zəkat verirlər, onlar Ramazan ayı boyunca şərab içərlər.
  Tənzimat fərmanlarında xristiyanlarla bağlı yer alan maddələri kafirlərə imtiyaz şəklində yozmuşlar və xristiyan əhaliyə bu şəkidə güzəştə gedən Osmanlı dövlətini və xəlifəni şəriətə tərs iş görməkdə günahlandırmışdılar. Artıq ərəb ölkələri kafir xəlifəyə itaət etmək kimi bir öhdəliklərinin olmadığlarını bəyan etmişdilər və üsyan qaldırmışdılar. 1856-cı ildə Nablus və 1860-cı ildə Şamda üsyanlar buna nümunədir.
  Suriya valisi Camal paşanın vaxtilə bir konqresdə qadın və kişiləri bir salona toplaması, bu toplantıda qadınların söz alması ərəblərin üsyan qaldırmasına yetərli bir səbəb olmuşdur. Ürdün kralı Hüseyn türkəri dinsizlikdə günahlandırmışdır.
  Liberiyalı bir yazar, Eduard V. Bluden, "Christianity, İslam and the Negro Race" adlı kitabında türklərin islamı savaşçı qılığına soxduğu tezini işləyir, islamın müxtəlif şəkildə yerinə yetirilməsinin inanc fərqindən deyil, irqi ayrılıqlardan doğduğunu və əslində savaş dini olmadığı halda savaşçı bir irq olan türklərin əlinə keçməklə barışçı xüsusiyyətlərini itirdiyini söyləyir.
 Napalyon 1798-ci ildə Misiri işğal edərkən ərəblərin türkə olan nifrətlərindən istifadə etmişdir. Öz əsgərləri qarşısında belə çıxış etmişdir: "İşğalın sonunda aralarına qarışacağımız xalq müsəlmanlardır. Onların imanlarının ilk əsasları bunlardır: Allahdan başqa Allah yoxdur və Məhəmməd onun rəsuludur. Onların bu inancına qarşı çıxmayın. İmamlarına və müftülərinə qarşı sayğılı davranın. Burada rastlaşacağımız adətlər Avropadakından çox fərqlidir. Bunları unutmayın. Həmçinin çıxışında müsəlmanların qadın anlayışına toxunur və müsəlmanların qısqanclığını əsgərlərinə anlatır.
  1214-ci ilin rəbiüləvvəl ayında Napalyon din adamlarına və xalqa xitabən belə çıxış edir: Sizlərə müsəlman olduğumu və Məhəmməd peyğəmbərə inanmaqla şərəf duyduğumu və müsəlmanları sevdiyimi hər zaman söyləmişəm və təkrarlamışam. Bu dəqiqdir ki, xristiyanlardan nifrət edirəm, onların dinlərini yox etdim, ibadət yerlərini yıxdım, rahiblərini öldürdüm, bütlərini yıxdım və imanlarını rədd etdim."
 Xalq artıq Napalyona Mehdi gözüylə baxmaqdaydı. Ruslarla savaşmasıda ona əlavə prestij gətirmişdi.
 Əslində Napalyon din deyə heç bir şeyə inanmazdı.Bunun üçün onun başqa çıxışına nəzər salaq:" Mənə papalıq tərəfdarı olduğumu söyləyəcəklər. Xeyr, mən heç bir dinə inanmıram. Misirdə olarkən müsəlman idim, burada katolik ola bilərəm- sırf xalqın yanında olmaq üçün.
  Yekun olaraq qeyd edək ki, əsarət altına alınan və əsarət altina alan xalqlar həmişə bir birləri əleyhinə xoş olmayan ifadələr söyləmişlər. Hətta islamın bütün müsəlmanlar qardaşdır devizi də buna əngəl olmamışdır. Millətçi dairələr hər xalqın içində olmuşdur. Ona görə bütün insanlığı birləşdirən ideologiyalar ətrafında toplaşmaq lazımdır.

Hiç yorum yok:

Yorum Gönder