1 Ağustos 2017 Salı

Şah İsmayıl Dövlətində İranlı Ünsürlər

  Orta əsrlərdə bəzi müəlliflər xalqlari belə sinifləndirmişdilər. Çinlilər sənətdə, yunanlar elmdə,ərəblər şer və dildə, farslar dövlət idarə etmədə, türklər savaşda seçilirdi.
  Vəkil  Səfəvi dövlətinin ilk dönəmlərində şahdan sonra ikinci şəxs sayılırdı. Şah İsmayıl ərəb İraqını işğal etmək üçün yola düşdü.Həmədan yaylağında düşərgə saldı. Orada muxalifətçi zülqədərlərin kəsilmiş başlarını dunyanın pənahı İsmayılın ayaqları altına atdılar. Orada Mir Nəcm Zərgər Gilaniyə inanılıb vəkillik mənsəbi verildi. O hakimlər arasında əmirlərin möhürü üstündən möhür vurdu. Maliyyə işlərində dəyişiklik etdi və türk əmirlərini maliyyə işlərinə daxil etmədi.  Əmir Nəcmi həm də sədərat vəzifəsində olan İran bürokratiyasıyla üzləşməli oldu. Şah İsmayılın ilk dəfə 1508-ci ildə bir iranlını bu görəvə gətirməsi və daha sonrakı dönəmlərdə bunu davam etdirməsi qızılbaş əmirlərini sındırma niyyətində olduğunu göstərməktədir. Əmir Nəcmin qızılbaş düşmənliyini körükləyən bir sıra cəhdləri bunu doğrular mahiyyətdədir. Aləm Arayi Şah İsmayıl adlı mənbədə xəbər verilir ki, Şah İsmayıl ağır xəstəliyə tutulur. Əmir Nəcmi dua edir ki, Allah İsmayılın yerinə onun canın alsın. Şah tezliklə yaxşılaşır. Emir Nəcmi tezliklə vərəmdən öldü. Yerinə əvvəllər Emir Nəcminin köməyilə vəzir olmuş Yar Ehməd keçdi, vəzir olması vəkilliyə keçidini asanlaşdırmışdı. Şah İsmayıl Əmir Nəcminin adının unudulmaması üçün ona İkinci Nəcmi (Nəcmi Sani) adını verir. İkinci İranlı vəkil Yar Əhmədin özbəklər üzərinə etdiyi səfərdə orduya baş komandanlık etməsi  qızılbaşların narazılığını daha da artırdı. İkinci Nəcm ünvanıyla bu görəvə gələn  Yar Əhməd Xuzani İsfəhani özündən əvvəlkilərlə müqayisədə daha güclü idi. Heratda 15 min türkü qırması, Timur tərəfindən öldürülən farsların intiqamını aldıq deməsi də qeyd olunur. Həsən bəy Rumlu bu haqda belə məlumat verir:" O vilayətin seyyidləri arvad uşaqları ilə birgə Cümə məscidinə pənah apardılar. Əmir Məhəmməd Yusifin yanına adam göndərib dedilər: Biz Mürtəzavi xanədanına mənsubuq. Yəqindir ki, qızılbaş əsgərləri özlərini Heydari Kərrarin aşiqlərindən sayırlar. Sənə layiq olan budur ki, əhvalımızı Əmir Nəcmə çatdırıb arvad uşaqımızı qətldən qurtarasan. Əmir Məhəmməd Əmir Nəcminin yanına gedərək seyyidlərin qanının bağışlanmasını istədi. Bu xahişə cavab olaraq o üzüqara Əmir Məhəmmədə söylədi:
 Qazilər hansı mülkü döyüşlə tutsalar oranın kiçikdən tutmuş böyükünə qədər hər kəsi məhv edərlər, seyid olanla olmayanlar arasına fərq qoymazlar. O pozğun cahildən bu sözləri eşidən qızılbaş əsgərləri məscidə girib seyyidləri arvad uşaqları ilə birgə qətlə yetirdilər. (səhv: 416)
  İsmayılın bu vəkili özü olmazsa yerinə komutan qoyulmasını əmr etdiyi bilinməktədir. Bir iranlıya həm də əmir əl uməra vəzifəsinin verilməsi qızılbaşları narazı saldı.1512- ci il Gəcduvanda özbəklərlə döyüşdə qızılbaşlar Yar Əhmədi təkbaşına qoydular.Kiçik bir qrupla tək qalan Yar Əhməd məğlub olub öldürülmüşdür. Qızılbaşlar bir tacikə tabe olmağı özlərinə sığışdırmırdılar. Gəcduvan məğlubiyyətinin səbəbi hər nə qədər Qızılbaşların bir İranlının idarəsinə verilməsi göstərilsə də, İsmayıl qərarından dönmədi və vəkilliyə təkrar bir iranlını təyin etdi. Üçüncü vəkil olan Əmir Nizameddin Abdulbaqi İsmayıl tərəfindən mövqeyi yüksəldilərək göyün yeddinci qatına çıxarıldı. Abdulbaqi Çaldırandakı ölümünə qədər bu vəzifədə qaldı.
   Sədr vəzifəsi vəkildən sonrakı yeri tuturdu. Bu vəzifəyə də vəkillərin razı qaldığı adamların seçildiyini görürük.
    Səfəvi dövlətində sədr dini idarələrin böyüyü idi. Səfəvi dövlətində sədr vəzifəsinə ilk təyin edilən Qadı Şəmsəddin Gilanidir. Bu şəxs Gilanda  İsmayılın ərəbcə və farsa müəllimi olmuşdur. 1503-1504-də Qadı Məhəmməd Kaşani  sədr vəzifəsinə təyin edilmişdir. Əmir Nəcm onu qısqandığından ölümünü planlamışdır. Məhəmməd Kaşani  xəzinədən 20 min tümənin yoxa çixmasını şaha məruzə etmişdir. Bu işdə Emir Nəcmi Gilanini ittiham etmişdir. Şah ona nəinki iltifat etmiş, onu əmir Nəcmiyə vermişdir. Emir Nəcmi də onun əmlakını musadirə edərək öldürmüşdü. Kaşaninin edamından sonra Əmir Səid Şərifəddin sədr olaraq zikr edilir. Əmir Nəcmidən qorxduğu üçün Kərbəlanı ziyarət etmək bəhanəsilə vəzifəsini tərk etmişdir. Nəcmi Sani  birinci Əmir Cəmaləddin Astrabadiyi  sədrliyə təyin etmək istəmişdisə də, onunla dava edərək yerinə Abdulbaqi Yezidiyi qoymuşdur. Abdulbaqi vəkil olduqdan sonra  Qadı Şeyx Kəbir Ərdəbilini sədrliyə qoymuşdur.1509cu ildə Sədarət ata tərəfdən nəsli Mazandaran valisi, Məhəmməd ibn Zeydə, ana tərəfdən əllamə Curcanın şərafətli nəvələrinə çatan Mir Seyid Şərifəddin Əli ibn Seyid Tacəddin Əli ibn Mir Mürtəza  Astrabadi əl-əsl Şiraziyə verildi.
  Ümumi belə nəticəyə gəlmək olar ki, qızılbaş türklər indiki İranda olduğu kimi əsgər olaraq istifadə edilmişlər. Hansı ki, türklərin əsgəri bacarığlarından istifadə edərək dövlət quran ilk sülalə Səfəvilər deyildi. Türkmənlərlə İşləri bitdikdən sonra istənilməyən adam durumuna gəlmişlər. Ama bu günkü İran mollalarina yarınan manqurtlaşan soydaşlarımızdan fərqli olaraq qızılbaşlar İran burokratiyasini rəqib görmüşdülər. Etirazlar etmişdilər. Zatən qızılbaş ələviliyi də İranda Buveyhilər dövləti dovrundə Qum, Mazandaran və s.bölgələdə qəbul edilən isna aşariyyənin təsirinə düşdü.
  Novoseltsev yazır ki, əgər Çaldıranda Səfəvilər qalib gəlsəydi,idarəçilik tamamilə farsların əlinə keçəcəydi

1 yorum: